quranm◉

Səhifə 393

Range
from 28:60 to 28:70
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

28:60

وَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَزِينَتُهَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰٓۚ أَفَلَا تَعۡقِلُونَ ﴿60﴾

Sizə verilən hər şey an­caq dünya həyatının keçici zövqü və onun bərbə­zəyidir. Allah ya­nında olanlar isə daha xeyirli və daha sü­rəklidir. Məgər anlamırsınız?

28:61

أَفَمَن وَعَدۡنَٰهُ وَعۡدًا حَسَنٗا فَهُوَ لَٰقِيهِ كَمَن مَّتَّعۡنَٰهُ مَتَٰعَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا ثُمَّ هُوَ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مِنَ ٱلۡمُحۡضَرِينَ ﴿61﴾

Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dün­ya həya­tının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət gü­nü Cəhənnəmə gə­tiriləcək kimsə ilə eyni ola bilər?

28:62

وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ﴿62﴾

O gün Allah onları çağı­rıb deyə­cəkdir: “İddia etdi­yi­niz şə­rik­lərim ha­radadırlar?”

28:63

قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ رَبَّنَا هَـٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغۡوَيۡنَآ أَغۡوَيۡنَٰهُمۡ كَمَا غَوَيۡنَاۖ تَبَرَّأۡنَآ إِلَيۡكَۖ مَا كَانُوٓاْ إِيَّانَا يَعۡبُدُونَ ﴿63﴾

Barələrində Sözün ger­çək­ləşə­cə­yi kimsələr deyəcək­lər: “Ey Rəb­bimiz! Bunlar bi­zim azdırdığımız kimsələrdir. Özümüz az­dı­ğı­mız kimi on­ları da az­dırdıq. Biz onlardan uzaq­laşıb Sənə üz tu­tu­ruq. Doğ­ru­su, onlar bizə ibadət et­mir­di­lər”.

28:64

وَقِيلَ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَرَأَوُاْ ٱلۡعَذَابَۚ لَوۡ أَنَّهُمۡ كَانُواْ يَهۡتَدُونَ ﴿64﴾

Müşriklərə: “Şərikləri­nizi çağı­rın!”– deyiləcək. Müş­riklər on­la­rı çağı­ra­caq, lakin şərikləri onlara cavab ver­mə­yəcəklər. Onlar əza­bı gö­rə­cək­lər. Yaxşı olardı ki, onlar doğru yolla get­miş olay­dı­lar.

28:65

وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ مَاذَآ أَجَبۡتُمُ ٱلۡمُرۡسَلِينَ ﴿65﴾

O gün Allah onları ça­ğırıb: “El­çi­lərə nə cavab verdi­niz?”– de­yəcək.

28:66

فَعَمِيَتۡ عَلَيۡهِمُ ٱلۡأَنۢبَآءُ يَوۡمَئِذٖ فَهُمۡ لَا يَتَسَآءَلُونَ ﴿66﴾

O gün xəbərlər onlar­dan gizli qa­lacaq. Onlar bir-bi­rin­dən heç bir şey soruşa bil­məyəcəklər.

28:67

فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلۡمُفۡلِحِينَ ﴿67﴾

Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gə­lin­cə, ola bilsin ki, o, nicat ta­panlardan olsun.

28:68

وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُۗ مَا كَانَ لَهُمُ ٱلۡخِيَرَةُۚ سُبۡحَٰنَ ٱللَّهِ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ﴿68﴾

Rəbbin istədiyini yara­dır və istə­diyini də peyğəmbər se­çir. On­la­rın isə seç­məyə haqqı yoxdur. Allah pakdır, müqəd­dəsdir və on­la­rın qoşduqları şə­riklərdən ucadır.

28:69

وَرَبُّكَ يَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ ﴿69﴾

Sənin Rəbbin onların qəl­binin həm gizli saxladıqlarını, həm də aşkar etdik­lərini bilir.

28:70

وَهُوَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأُولَىٰ وَٱلۡأٓخِرَةِۖ وَلَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ﴿70﴾

O, Allahdır. Ondan baş­qa ibadətə layiq olan məbud yox­dur. Dün­yada da, Axi­rətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarıla­caqsınız.