quranm◉

Səhifə 397

Range
from 29:7 to 29:14
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

29:7

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُكَفِّرَنَّ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَلَنَجۡزِيَنَّهُمۡ أَحۡسَنَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ﴿7﴾

İman gətirərək yaxşı əməl edən­lərin, əlbəttə ki, təq­sir­lə­rin­dən keçərik və onları et­dik­ləri əməllərdən daha üs­tün olanı ilə mü­kafatlandırarıq.

29:8

وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حُسۡنٗاۖ وَإِن جَٰهَدَاكَ لِتُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَآۚ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿8﴾

Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bil­mədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məc­bur etsələr, onlara gü­zəş­tə getmə. Dönüşünüz Mənə ola­caq, Mən də bütün etdik­lə­riniz barədə sizə xəbər verə­cə­yəm.

29:9

وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَنُدۡخِلَنَّهُمۡ فِي ٱلصَّـٰلِحِينَ ﴿9﴾

İman gətirib yaxşı işlər görənləri əməlisalehlərə qo­vuş­du­ra­ca­ğıq.

29:10

وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ فَإِذَآ أُوذِيَ فِي ٱللَّهِ جَعَلَ فِتۡنَةَ ٱلنَّاسِ كَعَذَابِ ٱللَّهِۖ وَلَئِن جَآءَ نَصۡرٞ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمۡۚ أَوَلَيۡسَ ٱللَّهُ بِأَعۡلَمَ بِمَا فِي صُدُورِ ٱلۡعَٰلَمِينَ ﴿10﴾

İnsanlar arasında: “Alla­ha iman gətirdik!”– de­yənləri də var­. Amma Allah yolun­da əziyyətə məruz qal­dıq­da in­sanların fit­nəsini Alla­hın əzabı ilə eyni tuturlar. Əgər Rəbbin­dən bir zəfər gəl­miş olsa, müt­ləq: “Biz də sizinlə idik!”– de­yərlər. Məgər Allah hər kəsin köksündəkiləri ən yaxşı bilən deyilmi?

29:11

وَلَيَعۡلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيَعۡلَمَنَّ ٱلۡمُنَٰفِقِينَ ﴿11﴾

Allah iman gətirənləri də, mü­nafiqləri də aşkar edə­cəkdir.

29:12

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ ٱتَّبِعُواْ سَبِيلَنَا وَلۡنَحۡمِلۡ خَطَٰيَٰكُمۡ وَمَا هُم بِحَٰمِلِينَ مِنۡ خَطَٰيَٰهُم مِّن شَيۡءٍۖ إِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿12﴾

Kafirlər möminlərə: “Bi­zim yolu­muzla gedin, günah­la­rınızı öz üstü­mü­zə götü­rək”– deyirlər. Halbuki onların heç biri heç ki­min günahının al­tı­na girən deyil. Şübhəsiz ki, onlar yalançıdırlar.

29:13

وَلَيَحۡمِلُنَّ أَثۡقَالَهُمۡ وَأَثۡقَالٗا مَّعَ أَثۡقَالِهِمۡۖ وَلَيُسۡـَٔلُنَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَمَّا كَانُواْ يَفۡتَرُونَ ﴿13﴾

Onlar həm öz günah yük­lərini və həm də onlarla yana­şı, ne­çə-neçə yük­ü də daşı­ya­caq­lar. Qiyamət günü onlar uy­dur­duq­la­rı şeylər barə­sində müt­ləq sorğu-suala çəki­lə­cək­lər.

29:14

وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَلَبِثَ فِيهِمۡ أَلۡفَ سَنَةٍ إِلَّا خَمۡسِينَ عَامٗا فَأَخَذَهُمُ ٱلطُّوفَانُ وَهُمۡ ظَٰلِمُونَ ﴿14﴾

Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əl­li il az bir müddət ər­zində onların arasında qal­dı. Tufan onları zülm etdikləri za­man yaxaladı.