quranm◉

Səhifə 398

Range
from 29:15 to 29:23
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

29:15

فَأَنجَيۡنَٰهُ وَأَصۡحَٰبَ ٱلسَّفِينَةِ وَجَعَلۡنَٰهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ ﴿15﴾

Biz onu və gəmidə olan­ları xilas edib bu möcüzə ilə aləm­lə­rə ibrət dərsi verdik.

29:16

وَإِبۡرَٰهِيمَ إِذۡ قَالَ لِقَوۡمِهِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُۖ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ﴿16﴾

İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Alla­ha ibadət edin və Ondan qorxun! Heç bilir­siniz­mi bu sizin üçün nə qə­dər xeyirlidir?

29:17

إِنَّمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا وَتَخۡلُقُونَ إِفۡكًاۚ إِنَّ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ لَكُمۡ رِزۡقٗا فَٱبۡتَغُواْ عِندَ ٱللَّهِ ٱلرِّزۡقَ وَٱعۡبُدُوهُ وَٱشۡكُرُواْ لَهُۥٓۖ إِلَيۡهِ تُرۡجَعُونَ ﴿17﴾

Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uy­du­rur­su­nuz. Şüb­həsiz ki, Allah­dan başqa ibadət etdik­lə­ri­niz sizə ru­zi vermə­yə qadir deyil­lər. Elə isə ruzini Allahdan di­ləyin, Ona iba­dət edin və Ona şükür edin. Siz ancaq Ona qay­tarılacaqsınız”.

29:18

وَإِن تُكَذِّبُواْ فَقَدۡ كَذَّبَ أُمَمٞ مِّن قَبۡلِكُمۡۖ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ﴿18﴾

Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalq­lar da öz pey­ğəmbərlərini ya­lançı saymışdılar. Pey­ğəm­bə­rin vəzi­fəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ et­mək­dir.

29:19

أَوَلَمۡ يَرَوۡاْ كَيۡفَ يُبۡدِئُ ٱللَّهُ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥٓۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ﴿19﴾

Məgər onlar Allahın məx­luqatı əvvəlcə necə yarat­dığı­nı, son­ra da on­ları yeni­dən yara­dacağını görmür­lər­? Həqi­qə­tən, bu, Allah üçün asan­dır.

29:20

قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ بَدَأَ ٱلۡخَلۡقَۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشۡأَةَ ٱلۡأٓخِرَةَۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿20﴾

De: “Yer üzünü gəzib do­laşın və Allahın məxluqatı ilk dəfə ne­cə yarat­dı­ğına baxın. Sonra Allah ölüləri dirildə­cək­. Allah hər şeyə qadirdir.

29:21

يُعَذِّبُ مَن يَشَآءُ وَيَرۡحَمُ مَن يَشَآءُۖ وَإِلَيۡهِ تُقۡلَبُونَ ﴿21﴾

O, istədiyinə əzab verir, istə­diyi­nə də rəhm edir. Siz yalnız Ona qay­ta­rılacaqsınız.

29:22

وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ﴿22﴾

Siz nə yerdə, nə də göy­də Ondan gizlənib yaxa qurtara bil­mə­yəcəksiniz. Allahdan baş­qa sizin nə bir hima­yəda­rı­nız, nə də bir yardımçınız olacaq”.

29:23

وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَلِقَآئِهِۦٓ أُوْلَـٰٓئِكَ يَئِسُواْ مِن رَّحۡمَتِي وَأُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿23﴾

Məhz Mə­nim mərhə­mətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən­lərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.