quranm◉

Səhifə 414

Range
from 31:29 to 31:34
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

31:29

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِيٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى وَأَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ﴿29﴾

Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qat­dı­ğı­nı, müəy­yən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoy­du­ğu qanunlarına ram etdi­yi­ni, üstəlik Allahın nə et­diklə­rinizdən xə­­bərdar ol­du­ğu­nu görmür­sənmi?

31:30

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ﴿30﴾

Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan baş­qa iba­dət etdikləri isə batil büt­lər­dir. Həqiqətən, Allah Ən Uca­dır, Ən Bö­yük­dür.

31:31

أَلَمۡ تَرَ أَنَّ ٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِنِعۡمَتِ ٱللَّهِ لِيُرِيَكُم مِّنۡ ءَايَٰتِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ ﴿31﴾

Onun dəlillərinin bəzi­si­ni sizə göstərməkdən ötrü də­nizdə gə­milərin Allahın nemə­ti sayəsində üzdü­yünü gör­­mür­sü­nüzmü? Şüb­həsiz ki, bunlar sə­birli olanlar və şükür edən­lər üçün bir ib­rət­dir.

31:32

وَإِذَا غَشِيَهُم مَّوۡجٞ كَٱلظُّلَلِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ فَمِنۡهُم مُّقۡتَصِدٞۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٖ كَفُورٖ ﴿32﴾

Dağların saldığı kölgə­lər kimi dal­ğalar onları çul­ğadığı za­man onlar dini məhz Allaha məxsus edərək Ona yal­va­rar­lar. Allah on­ları xilas edib quru­ya çı­xartdıqda isə ara­la­rından bəzilə­ri küfrlə iman arasında or­ta yol tutar. Bizim ayə­lərimizi yalnız nan­kor xain­lər inkar edərlər.

31:33

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡ وَٱخۡشَوۡاْ يَوۡمٗا لَّا يَجۡزِي وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوۡلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيۡـًٔاۚ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ﴿33﴾

Ey insanlar! Rəbbiniz­dən qorxun. Valideynin övlada, öv­la­dın da vali­dey­nə heç bir fay­da verə bilmə­yə­cəyi gün­dən çə­kinin. Hə­qiqə­tən, Allahın və­di haqdır. Qoy bu fani dün­ya sizi çaşdırma­sın, hiylə­gər şeytan da sizi Alla­hın əza­bından arxayınlaşdırıb tov­la­ma­sın.

31:34

إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلۡغَيۡثَ وَيَعۡلَمُ مَا فِي ٱلۡأَرۡحَامِۖ وَمَا تَدۡرِي نَفۡسٞ مَّاذَا تَكۡسِبُ غَدٗاۖ وَمَا تَدۡرِي نَفۡسُۢ بِأَيِّ أَرۡضٖ تَمُوتُۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرُۢ ﴿34﴾

Həqiqətən, o Saat haq­qında elm yalnız Allahdadır. Yağışı O yağ­dırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bi­lə bil­məz; heç kəs harada öləcə­yini də bil­məz. Allah isə, şüb­hə­siz ki, hər şeyi biləndir, hər şeydən xəbər­dardır.