quranm◉

Surə Luqman 31:34

إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلۡغَيۡثَ وَيَعۡلَمُ مَا فِي ٱلۡأَرۡحَامِۖ وَمَا تَدۡرِي نَفۡسٞ مَّاذَا تَكۡسِبُ غَدٗاۖ وَمَا تَدۡرِي نَفۡسُۢ بِأَيِّ أَرۡضٖ تَمُوتُۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرُۢ ﴿٣٤﴾

◉

Tərcümə

Həqiqətən, o Saat haq­qında elm yalnız Allahdadır. Yağışı O yağ­dırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bi­lə bil­məz; heç kəs harada öləcə­yini də bil­məz. Allah isə, şüb­hə­siz ki, hər şeyi biləndir, hər şeydən xəbər­dardır.
— Alikhan Musayev
Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞