quranm◉

Səhifə 416

Range
from 32:12 to 32:20
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

32:12

وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلۡمُجۡرِمُونَ نَاكِسُواْ رُءُوسِهِمۡ عِندَ رَبِّهِمۡ رَبَّنَآ أَبۡصَرۡنَا وَسَمِعۡنَا فَٱرۡجِعۡنَا نَعۡمَلۡ صَٰلِحًا إِنَّا مُوقِنُونَ ﴿12﴾

Kaş ki, günahkarları öz Rəbbi qar­­şısında başlarını aşa­ğı di­kə­rək: “Ey Rəb­bimiz! Biz gördük və eşitdik. Bizi ge­ri qay­tar ki, yax­şı işlər görək. Hə­qi­qətən də, biz qətiyyətlə inan­dıq!”– deyəndə gö­rəydin!

32:13

وَلَوۡ شِئۡنَا لَأٓتَيۡنَا كُلَّ نَفۡسٍ هُدَىٰهَا وَلَٰكِنۡ حَقَّ ٱلۡقَوۡلُ مِنِّي لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ﴿13﴾

Əgər Biz istəsəydik, hər kəsi doğ­ru yola yönəldərdik. La­kin Mə­­nim: “Cə­hənnəmi müt­ləq bütün günahkar cin və in­san­larla dol­du­racağam!” Sö­züm yeri­nə yetəcək.

32:14

فَذُوقُواْ بِمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَآ إِنَّا نَسِينَٰكُمۡۖ وَذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿14﴾

Bu gününüzlə qarşıla­şa­cağınızı unut­duğunuza görə dadın əza­bı! Doğ­rusu, Biz də sizi unutduq. Etdiyiniz əməl­lərə görə dadın əbə­di əzabı!

32:15

إِنَّمَا يُؤۡمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِهَا خَرُّواْۤ سُجَّدٗاۤ وَسَبَّحُواْ بِحَمۡدِ رَبِّهِمۡ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ۩ ﴿15﴾

Ayələrimizə ancaq o kəs­lər iman gətirirlər ki, ayələri­miz on­lara xatır­la­narkən təkəb­bür göstərmədən səcdəyə qa­panır, Rəb­bi­nə həmd-səna ilə təriflər deyirlər.

32:16

تَتَجَافَىٰ جُنُوبُهُمۡ عَنِ ٱلۡمَضَاجِعِ يَدۡعُونَ رَبَّهُمۡ خَوۡفٗا وَطَمَعٗا وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ﴿16﴾

Onlar gecə namazını qıl­maq üçün böyürlərini yataq­dan qaldı­rır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və on­lara ver­di­yi­miz ruzi­lərdən Allah yo­lun­da xərcləyirlər.

32:17

فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿17﴾

Etdikləri əməllərin mü­kafatı ki­mi onlar üçün gözlə­ri­nə se­vinc gəti­rə­cək nələr sax­landığını heç kəs bilmir.

32:18

أَفَمَن كَانَ مُؤۡمِنٗا كَمَن كَانَ فَاسِقٗاۚ لَّا يَسۡتَوُۥنَ ﴿18﴾

Məgər möminlə fasiq ey­nidirmi? Onlar eyni ola bil­məz­lər!

32:19

أَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَلَهُمۡ جَنَّـٰتُ ٱلۡمَأۡوَىٰ نُزُلَۢا بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿19﴾

İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Mə­va cən­nətlərində əbədi ziyafət gözləyir.

32:20

وَأَمَّا ٱلَّذِينَ فَسَقُواْ فَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَآ أُعِيدُواْ فِيهَا وَقِيلَ لَهُمۡ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿20﴾

Fasiqlərə gəldikdə isə, onların gedəcəkləri yer Oddur. Hər dəfə on­lar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onla­ra: “Yalan say­dığınız odun əzabını da­dın!”– deyilə­cəkdir.