quranm◉

Səhifə 417

Range
from 32:21 to 32:30
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

32:21

وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلۡعَذَابِ ٱلۡأَدۡنَىٰ دُونَ ٱلۡعَذَابِ ٱلۡأَكۡبَرِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿21﴾

Ən böyük əzabdan əv­vəl Biz on­lara mütləq kiçik əzab­dan – dün­ya əza­bından dad­dıra­ca­ğıq ki, bəlkə doğru yola qa­yıt­sınlar.

32:22

وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ ﴿22﴾

Rəbbinin ayələri yadına salın­dıq­dan sonra onlardan üz dön­dərən kəs­dən daha zalım kim ola bilər? Şübhə­siz ki, Biz gü­nah­karlardan intiqam ala­­ca­ğıq.

32:23

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَلَا تَكُن فِي مِرۡيَةٖ مِّن لِّقَآئِهِۦۖ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿23﴾

Biz Musaya Kitab ver­mişdik. Sən onunla görüşə­cə­yinə şüb­hə etmə. Biz onu İsrail oğullarına doğru yol gös­tə­rən rəhbər et­miş­dik.

32:24

وَجَعَلۡنَا مِنۡهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا لَمَّا صَبَرُواْۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يُوقِنُونَ ﴿24﴾

Səbir etdiklərinə və ayə­lərimizə yəqinliklə inandıqla­rı­na gö­rə Biz əmri­mizlə onlar­dan doğru yolu göstərən rəh­bərlər təyin et­miş­dik.

32:25

إِنَّ رَبَّكَ هُوَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ﴿25﴾

Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər ba­rə­sin­də Qi­ya­mət günü onla­rın arasında hökm verə­cək­dir.

32:26

أَوَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍۚ أَفَلَا يَسۡمَعُونَ ﴿26﴾

Yurdlarında gəzib-do­laş­dıqları əv­vəlki neçə-neçə nə­sli məhv etmə­yi­miz onları doğru yola gətirmədimi? Hə­qiqətən, bun­da ibrətlər var. Mə­gər onlar qulaq asmırlar?

32:27

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَسُوقُ ٱلۡمَآءَ إِلَى ٱلۡأَرۡضِ ٱلۡجُرُزِ فَنُخۡرِجُ بِهِۦ زَرۡعٗا تَأۡكُلُ مِنۡهُ أَنۡعَٰمُهُمۡ وَأَنفُسُهُمۡۚ أَفَلَا يُبۡصِرُونَ ﴿27﴾

Məgər onlar quru yerə su axıdıb onunla həm hey­van­ları­nın, həm də öz­lərinin ye­dikləri nemətlər yetiş­dirdi­yi­mizi gör­mürlər? Hə­lə də bunu gör­mür­lər?

32:28

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡفَتۡحُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿28﴾

Onlar: “Əgər doğru da­nışanlar­dansınızsa, deyin görək bu hökm nə vaxt olacaq?”– deyirlər.

32:29

قُلۡ يَوۡمَ ٱلۡفَتۡحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِيمَٰنُهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ﴿29﴾

De: “Hökm günü kafir­lərə iman­ları fayda verməyə­cək və on­lara möh­lət də veril­məyəcəkdir”.

32:30

فَأَعۡرِضۡ عَنۡهُمۡ وَٱنتَظِرۡ إِنَّهُم مُّنتَظِرُونَ ﴿30﴾

Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da göz­lə­yir­lər.