quranm◉

Səhifə 430

Range
from 34:15 to 34:22
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

34:15

لَقَدۡ كَانَ لِسَبَإٖ فِي مَسۡكَنِهِمۡ ءَايَةٞۖ جَنَّتَانِ عَن يَمِينٖ وَشِمَالٖۖ كُلُواْ مِن رِّزۡقِ رَبِّكُمۡ وَٱشۡكُرُواْ لَهُۥۚ بَلۡدَةٞ طَيِّبَةٞ وَرَبٌّ غَفُورٞ ﴿15﴾

Səba qəbiləsinin yaşa­dığı yerdə ni­şanə – biri sağda, digə­ri də sol­da olan iki bağça var idi. Onlara: “Rəbbinizin ru­zi­sin­dən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışla­yan Rəbb!”– de­yil­miş­di.

34:16

فَأَعۡرَضُواْ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ سَيۡلَ ٱلۡعَرِمِ وَبَدَّلۡنَٰهُم بِجَنَّتَيۡهِمۡ جَنَّتَيۡنِ ذَوَاتَيۡ أُكُلٍ خَمۡطٖ وَأَثۡلٖ وَشَيۡءٖ مِّن سِدۡرٖ قَلِيلٖ ﴿16﴾

Amma onlar üz döndər­dilər, Biz də üstlərinə güclü sel gön­dər­dik. On­la­rın iki bağça­sını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.

34:17

ذَٰلِكَ جَزَيۡنَٰهُم بِمَا كَفَرُواْۖ وَهَلۡ نُجَٰزِيٓ إِلَّا ٱلۡكَفُورَ ﴿17﴾

Nankorluqlarına görə on­ları belə cəzalandırdıq. Məgər biz nan­kordan başqasını cəza­landırarıqmı?

34:18

وَجَعَلۡنَا بَيۡنَهُمۡ وَبَيۡنَ ٱلۡقُرَى ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا قُرٗى ظَٰهِرَةٗ وَقَدَّرۡنَا فِيهَا ٱلسَّيۡرَۖ سِيرُواْ فِيهَا لَيَالِيَ وَأَيَّامًا ءَامِنِينَ ﴿18﴾

Səba qəbiləsi ilə bərəkət verdi­yi­miz məmləkətlər ara­sın­da ay­dın görünən bir-birinə ya­xın şəhərlər salmış, orada ge­diş-gəliş ya­rat­mışdıq. “Ora­lar­da ge­cələr və gündüzlər ar­xa­yın gəzib dola­şın!”– de­­miş­dik.

34:19

فَقَالُواْ رَبَّنَا بَٰعِدۡ بَيۡنَ أَسۡفَارِنَا وَظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَ وَمَزَّقۡنَٰهُمۡ كُلَّ مُمَزَّقٍۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ ﴿19﴾

Onlar isə: “Ey Rəbbi­miz! Səfər­ləri­mizdə dayanacağımız şə­hər­lər arasındakı məsafəni uzaq et!”– dedilər və özlə­rinə zülm et­di­lər. Biz onları ibrət alınası əfsanələrə çe­virdik, özlərini də dar­ma­dağın et­dik. Həqi­qə­tən, səbirli olan və şü­kür edən hər kəs bun­dan ibrət alar.

34:20

وَلَقَدۡ صَدَّقَ عَلَيۡهِمۡ إِبۡلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ ﴿20﴾

İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mö­min­dən baş­qa, qalanları ona tabe oldular.

34:21

وَمَا كَانَ لَهُۥ عَلَيۡهِم مِّن سُلۡطَٰنٍ إِلَّا لِنَعۡلَمَ مَن يُؤۡمِنُ بِٱلۡأٓخِرَةِ مِمَّنۡ هُوَ مِنۡهَا فِي شَكّٖۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَفِيظٞ ﴿21﴾

Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz an­caq axirətə ina­nanla ona şəkk gətirən kimsələri ayırd et­mək üçün şeytana belə bir für­sət verdik. Sənin Rəbbin hər şe­yi mü­ha­fi­zə edəndir.

34:22

قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ مِثۡقَالَ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَمَا لَهُمۡ فِيهِمَا مِن شِرۡكٖ وَمَا لَهُۥ مِنۡهُم مِّن ظَهِيرٖ ﴿22﴾

De: “Allahdan başqa mə­bud say­dıqlarınızı çağırın”. On­lar nə göy­lərdə, nə də yerdə zərrə qədər olan bir şeyə də sahib de­yil­lər. Onların göylərin və yerin yaradılışında heç bir şə­rikliyi yox­dur və on­lar­dan Alla­ha yardımçı olanı da yoxdur.