quranm◉

Surə Saba 34:19

فَقَالُواْ رَبَّنَا بَٰعِدۡ بَيۡنَ أَسۡفَارِنَا وَظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَ وَمَزَّقۡنَٰهُمۡ كُلَّ مُمَزَّقٍۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ ﴿١٩﴾

◉

Tərcümə

Onlar isə: “Ey Rəbbi­miz! Səfər­ləri­mizdə dayanacağımız şə­hər­lər arasındakı məsafəni uzaq et!”– dedilər və özlə­rinə zülm et­di­lər. Biz onları ibrət alınası əfsanələrə çe­virdik, özlərini də dar­ma­dağın et­dik. Həqi­qə­tən, səbirli olan və şü­kür edən hər kəs bun­dan ibrət alar.
— Alikhan Musayev
Lakin onlar: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (məsafəni) uzaq et!” – dedilər və öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. (Onlardan Qəssan qəbiləsi Şama, Əzd qəbiləsi Omana, Xüzaə qəbiləsi Təhaməyə, Hüzeymə qəbiləsi İraqa, Övs və Xəzrəc qəbilələri isə Mədinəyə köçdü. Onlar barəsində “Səba əhli kimi pərən-pərən düşdülər” məsələsi çəkilməyə başlandı). Həqiqətən, bunda (çətinliklərə) səbir, (ne’mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!
— Azerbaijani

◉ Surə · ∞