quranm◉

Səhifə 434

Range
from 34:49 to 35:3
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

34:49

قُلۡ جَآءَ ٱلۡحَقُّ وَمَا يُبۡدِئُ ٱلۡبَٰطِلُ وَمَا يُعِيدُ ﴿49﴾

De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çı­xa­rar, nə də onu qaytara bilər”.

34:50

قُلۡ إِن ضَلَلۡتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفۡسِيۖ وَإِنِ ٱهۡتَدَيۡتُ فَبِمَا يُوحِيٓ إِلَيَّ رَبِّيٓۚ إِنَّهُۥ سَمِيعٞ قَرِيبٞ ﴿50﴾

De: “Əgər mən haqq yol­dan çıx­sam, öz əleyhimə çıx­mış ola­ram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəb­bimin mənə nazil et­diyi vəhyə görə­dir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”.

34:51

وَلَوۡ تَرَىٰٓ إِذۡ فَزِعُواْ فَلَا فَوۡتَ وَأُخِذُواْ مِن مَّكَانٖ قَرِيبٖ ﴿51﴾

Kaş ki, sən o kafirləri qor­xuya düşdükləri vaxt gö­rəy­din. On­lar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxın bir yer­də ələ keçirilə­cəklər.

34:52

وَقَالُوٓاْ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانِۭ بَعِيدٖ ﴿52﴾

Onlar: “Biz ona inan­dıq!”– de­yə­­cəklər. Axı uzaq bir yerdə – Axi­­rətdə imana necə nail ola bilərlər?!

34:53

وَقَدۡ كَفَرُواْ بِهِۦ مِن قَبۡلُۖ وَيَقۡذِفُونَ بِٱلۡغَيۡبِ مِن مَّكَانِۭ بَعِيدٖ ﴿53﴾

Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yer­dən qeyb haq­qında fikir yü­rüdürdülər.

34:54

وَحِيلَ بَيۡنَهُمۡ وَبَيۡنَ مَا يَشۡتَهُونَ كَمَا فُعِلَ بِأَشۡيَاعِهِم مِّن قَبۡلُۚ إِنَّهُمۡ كَانُواْ فِي شَكّٖ مُّرِيبِۭ ﴿54﴾

Daha öncə onların bən­zərlərinə edildiyi kimi, arzula­dıqları şey­lərlə on­ların arasına sədd çəkilər. Həqiqə­tən, onlar anlaşılmaz bir şübhə içində idi­lər.

35:1

ٱلۡحَمۡدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ جَاعِلِ ٱلۡمَلَـٰٓئِكَةِ رُسُلًا أُوْلِيٓ أَجۡنِحَةٖ مَّثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۚ يَزِيدُ فِي ٱلۡخَلۡقِ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿1﴾

Həmd, göyləri və yeri Yaradan, mələkləri iki, üç və dördqa­nad­lı el­çi­lər edən Alla­ha məxsusdur! O, xəlq etdiklərindən is­tə­diyini ar­tı­rır. Həqiqətən, Allah hər şe­yə qadirdir.

35:2

مَّا يَفۡتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحۡمَةٖ فَلَا مُمۡسِكَ لَهَاۖ وَمَا يُمۡسِكۡ فَلَا مُرۡسِلَ لَهُۥ مِنۢ بَعۡدِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿2﴾

Allah insanlara mərhə­mə­tindən nəyi nəsib edərsə, heç kəs onun qarşı­sı­nı ala bil­məz. Onun göndərmədiyi bir şeyi də Ondan baş­qa heç kəs verə bil­məz. O, Qüdrətlidir, Hikmət sahibidir.

35:3

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ﴿3﴾

Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allah­dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? On­dan başqa ibadə­tə la­yiq olan heç bir mə­bud yoxdur. Siz necə də haq­­dan döndə­ri­lir­si­niz!