quranm◉

Səhifə 436

Range
from 35:12 to 35:18
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

35:12

وَمَا يَسۡتَوِي ٱلۡبَحۡرَانِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ سَآئِغٞ شَرَابُهُۥ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞۖ وَمِن كُلّٖ تَأۡكُلُونَ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُونَ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ فِيهِ مَوَاخِرَ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿12﴾

İki dəniz eyni deyil. Birinin suyu dadlı, şirin və iç­məyə ra­hat, di­gə­rininki isə həd­dindən artıq duzlu və acı­dır. Onların hər bi­rindən təzə ba­lıq ye­yir, taxdığınız zinət əşyala­rını çıxa­rır­sı­nız. Sən gəmilərin onu yara-yara üzdü­yünü gö­rür­sən. Bütün bunlar Alla­hın lüt­fünü axtarıb tapmağınız və şü­kür et­məyiniz üçündür.

35:13

يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمّٗىۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۚ وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ مَا يَمۡلِكُونَ مِن قِطۡمِيرٍ ﴿13﴾

O, gecəni gündüzə, gün­düzü də gecəyə qatır. O, gü­nə­şi və ayı ram et­mişdir. Onların hər biri müəyyən olun­muş vax­tadək hə­rə­kət edir. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onun­dur. Sizin On­dan başqa yalvar­dıqla­rı­nız xurma çəyir­dəyinin pərdəsinə belə sa­hib deyil­lər.

35:14

إِن تَدۡعُوهُمۡ لَا يَسۡمَعُواْ دُعَآءَكُمۡ وَلَوۡ سَمِعُواْ مَا ٱسۡتَجَابُواْ لَكُمۡۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُونَ بِشِرۡكِكُمۡۚ وَلَا يُنَبِّئُكَ مِثۡلُ خَبِيرٖ ﴿14﴾

Əgər siz onları çağırsa­nız, onlar sizin duanızı eşit­məzlər, eşit­sələr də ca­vab verə bilməzlər. Özləri də Qiyamət günü sizin on­la­ra ibadət etdi­yinizi da­nacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah ki­mi sənə xəbər verə bilməz.

35:15

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلۡفُقَرَآءُ إِلَى ٱللَّهِۖ وَٱللَّهُ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ﴿15﴾

Ey insanlar! Siz Allaha möh­tacsı­nız. Allah isə Zəngin­dir, Tə­ri­fə­layiqdir.

35:16

إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ ﴿16﴾

Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gəti­rər.

35:17

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٖ ﴿17﴾

Bu, Allah üçün çətin de­yil.

35:18

وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ وَإِن تَدۡعُ مُثۡقَلَةٌ إِلَىٰ حِمۡلِهَا لَا يُحۡمَلۡ مِنۡهُ شَيۡءٞ وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰٓۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفۡسِهِۦۚ وَإِلَى ٱللَّهِ ٱلۡمَصِيرُ ﴿18﴾

Heç bir günahkar başqa­sının gü­nah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yü­kü­nü daşımaq üçün baş­qa­sını kö­məyə çağırsa və çağırdığı kim­sə yaxın qohumu olsa belə, o yük­dən heç nə da­şın­maz. Sən an­caq Rəbbindən Onu gör­mə­dik­ləri halda qorxanları və na­maz qılanları xəbərdar edir­sən. Kim günah­lardan tə­miz­lə­nir­sə, öz xe­yri­nə təmiz­lənmiş olur. Qa­yı­dış də ancaq Allahadır.