quranm◉

Surə Fatir 35:12

وَمَا يَسۡتَوِي ٱلۡبَحۡرَانِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ سَآئِغٞ شَرَابُهُۥ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞۖ وَمِن كُلّٖ تَأۡكُلُونَ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُونَ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ فِيهِ مَوَاخِرَ لِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿١٢﴾

◉

Tərcümə

İki dəniz eyni deyil. Birinin suyu dadlı, şirin və iç­məyə ra­hat, di­gə­rininki isə həd­dindən artıq duzlu və acı­dır. Onların hər bi­rindən təzə ba­lıq ye­yir, taxdığınız zinət əşyala­rını çıxa­rır­sı­nız. Sən gəmilərin onu yara-yara üzdü­yünü gö­rür­sən. Bütün bunlar Alla­hın lüt­fünü axtarıb tapmağınız və şü­kür et­məyiniz üçündür.
— Alikhan Musayev
İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (ne’mətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz.
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞