quranm◉

Səhifə 44

Range
from 2:260 to 2:264
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

2:260

وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ أَرِنِي كَيۡفَ تُحۡيِ ٱلۡمَوۡتَىٰۖ قَالَ أَوَلَمۡ تُؤۡمِنۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطۡمَئِنَّ قَلۡبِيۖ قَالَ فَخُذۡ أَرۡبَعَةٗ مِّنَ ٱلطَّيۡرِ فَصُرۡهُنَّ إِلَيۡكَ ثُمَّ ٱجۡعَلۡ عَلَىٰ كُلِّ جَبَلٖ مِّنۡهُنَّ جُزۡءٗا ثُمَّ ٱدۡعُهُنَّ يَأۡتِينَكَ سَعۡيٗاۚ وَٱعۡلَمۡ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ﴿260﴾

Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə di­riltdi­yini mə­nə gös­tər!”– demişdi. Rəbbi ona: “Mə­gər sən inanmır­san?”– de­yə buyurdu. İb­rahim dedi: “Əlbəttə, ina­nıram! Lakin istəyirəm ki, qəlbim ra­hat ol­sun.” Allah bu­yurdu: “Quşlar­dan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına on­lardan bir parça qoy, sonra da onları çağır, tez sə­nin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!”

2:261

مَّثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنۢبَتَتۡ سَبۡعَ سَنَابِلَ فِي كُلِّ سُنۢبُلَةٖ مِّاْئَةُ حَبَّةٖۗ وَٱللَّهُ يُضَٰعِفُ لِمَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ﴿261﴾

Mallarını Allah yolun­da xərclə­yənlərin misalı yeddi sün­bül verən bir to­xumun misalına bənzəyir ki, sünbül­lə­rin hər bi­rin­də yüz ədəd dən vardır. Allah is­tə­diyi kimsənin müka­fatını ar­tı­rar. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.

2:262

ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ لَا يُتۡبِعُونَ مَآ أَنفَقُواْ مَنّٗا وَلَآ أَذٗى لَّهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿262﴾

Mallarını Allah yolun­da xərclə­yənlərin və xərclə­dik­lə­ri­nin ardından minnət qoy­ma­yan və əziyyət vermə­yən­lə­rin Rəbbi ya­nında mükafatları var­dır. On­lara heç bir qorxu yox­dur və onlar kə­dərlən­mə­yə­cəklər.

2:263

قَوۡلٞ مَّعۡرُوفٞ وَمَغۡفِرَةٌ خَيۡرٞ مِّن صَدَقَةٖ يَتۡبَعُهَآ أَذٗىۗ وَٱللَّهُ غَنِيٌّ حَلِيمٞ ﴿263﴾

Xoş söz demək və xəta­ları bağış­lamaq, ardından əziyyət gələn sə­də­qədən da­ha yaxşıdır. Allah zən­gindir, həlimdir.

2:264

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُبۡطِلُواْ صَدَقَٰتِكُم بِٱلۡمَنِّ وَٱلۡأَذَىٰ كَٱلَّذِي يُنفِقُ مَالَهُۥ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۖ فَمَثَلُهُۥ كَمَثَلِ صَفۡوَانٍ عَلَيۡهِ تُرَابٞ فَأَصَابَهُۥ وَابِلٞ فَتَرَكَهُۥ صَلۡدٗاۖ لَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّمَّا كَسَبُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ﴿264﴾

Ey iman gətirənlər! Sə­də­qələ­ri­nizi, özünü camaata gös­tər­mək məqsə­dilə xərclə­yən, Alla­ha və Axirət gününə inan­mayan şəxs kimi minnət qoy­maqla və əziyyət verməklə puç etməyin. Beləsinin misalı üzə­rində torpaq olan ha­mar qaya­nın misalına bənzə­yir ki, şid­dətli bir yağış onu çılpaq hala sal­mışdır. Onlar qazan­dıq­larından heç bir şey əldə etməzlər. Allah kafir qövmü doğ­ru yo­la yönəltməz.