quranm◉

Surə Al-Baqarah 2:260

وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ أَرِنِي كَيۡفَ تُحۡيِ ٱلۡمَوۡتَىٰۖ قَالَ أَوَلَمۡ تُؤۡمِنۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطۡمَئِنَّ قَلۡبِيۖ قَالَ فَخُذۡ أَرۡبَعَةٗ مِّنَ ٱلطَّيۡرِ فَصُرۡهُنَّ إِلَيۡكَ ثُمَّ ٱجۡعَلۡ عَلَىٰ كُلِّ جَبَلٖ مِّنۡهُنَّ جُزۡءٗا ثُمَّ ٱدۡعُهُنَّ يَأۡتِينَكَ سَعۡيٗاۚ وَٱعۡلَمۡ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ﴿٢٦٠﴾

◉

Tərcümə

Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə di­riltdi­yini mə­nə gös­tər!”– demişdi. Rəbbi ona: “Mə­gər sən inanmır­san?”– de­yə buyurdu. İb­rahim dedi: “Əlbəttə, ina­nıram! Lakin istəyirəm ki, qəlbim ra­hat ol­sun.” Allah bu­yurdu: “Quşlar­dan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına on­lardan bir parça qoy, sonra da onları çağır, tez sə­nin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!”
— Alikhan Musayev
(Ya Rəsulum!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür diriltdiyini mənə göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri diriltməyimə) inanmırsan?” –buyurmuşdu. (İbrahim: ) “Bəli, inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, - deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: “Dörd cür (cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!”
— Azerbaijani

Mövzular · Ayə

◉ Surə · ∞