quranm◉

Səhifə 454

Range
from 38:17 to 38:26
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

38:17

ٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱذۡكُرۡ عَبۡدَنَا دَاوُۥدَ ذَا ٱلۡأَيۡدِۖ إِنَّهُۥٓ أَوَّابٌ ﴿17﴾

Onların dediklərinə sə­bir et və qüdrətli qulumuz Davu­du ya­dına sal! O, daim Allaha üz tutardı.

38:18

إِنَّا سَخَّرۡنَا ٱلۡجِبَالَ مَعَهُۥ يُسَبِّحۡنَ بِٱلۡعَشِيِّ وَٱلۡإِشۡرَاقِ ﴿18﴾

Biz dağları ona ram et­mişdik. On­lar axşam çağı və səhər onun­la birlikdə Allahın şəninə təriflər deyirdilər.

38:19

وَٱلطَّيۡرَ مَحۡشُورَةٗۖ كُلّٞ لَّهُۥٓ أَوَّابٞ ﴿19﴾

Biz quşları da toplum halda ona ram etmişdik. Ha­mısı daima Alla­ha üz tutardı.

38:20

وَشَدَدۡنَا مُلۡكَهُۥ وَءَاتَيۡنَٰهُ ٱلۡحِكۡمَةَ وَفَصۡلَ ٱلۡخِطَابِ ﴿20﴾

Biz onun mülkünü möh­kəm­lən­dirdik, özünə də hik­mət (pey­ğəm­bər­lik) və düzgün qə­rar çıxartmaq qabi­liy­yəti bəxş etdik.

38:21

وَهَلۡ أَتَىٰكَ نَبَؤُاْ ٱلۡخَصۡمِ إِذۡ تَسَوَّرُواْ ٱلۡمِحۡرَابَ ﴿21﴾

Davudun yanında çəki­şən­lərin xə­bəri sənə gəlib çat­dı­mı? O za­man onlar divarı aşıb mə­bədə girdilər.

38:22

إِذۡ دَخَلُواْ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنۡهُمۡۖ قَالُواْ لَا تَخَفۡۖ خَصۡمَانِ بَغَىٰ بَعۡضُنَا عَلَىٰ بَعۡضٖ فَٱحۡكُم بَيۡنَنَا بِٱلۡحَقِّ وَلَا تُشۡطِطۡ وَٱهۡدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ ﴿22﴾

Onlar Davudun yanına daxil ol­duqda Davud onlardan qorx­du. Onlar dedilər: “Qorx­ma! Biz iki iddiaçıyıq. Bi­rimiz di­gə­ri­nin haqqını tap­dalamış­dır. Aramızda ədalətlə hökm ver, haqsızlıq et­mə və bizə düz yolu göstər!

38:23

إِنَّ هَٰذَآ أَخِي لَهُۥ تِسۡعٞ وَتِسۡعُونَ نَعۡجَةٗ وَلِيَ نَعۡجَةٞ وَٰحِدَةٞ فَقَالَ أَكۡفِلۡنِيهَا وَعَزَّنِي فِي ٱلۡخِطَابِ ﴿23﴾

Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mə­nim isə bir­cə qoyunum var­. Bununla belə: “Onu mənə ver!”– de­di və mübahisədə mə­nə üstün gəldi”.

38:24

قَالَ لَقَدۡ ظَلَمَكَ بِسُؤَالِ نَعۡجَتِكَ إِلَىٰ نِعَاجِهِۦۖ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلۡخُلَطَآءِ لَيَبۡغِي بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَقَلِيلٞ مَّا هُمۡۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّـٰهُ فَٱسۡتَغۡفَرَ رَبَّهُۥ وَخَرَّۤ رَاكِعٗاۤ وَأَنَابَ۩ ﴿24﴾

Davud dedi: “O sənin qo­yununu öz qoyunlarına qat­maq is­tə­­məklə, sənə qarşı haq­sızlıq etmişdir. Həqiqətən, şə­riklərin çoxu bir-birinin haq­qını tap­da­layar. Yalnız iman gətirib yax­şı işlər gö­rən­lərdən başqa. On­lar isə çox azdır­lar!” Bunları de­dikdən sonra, Da­vud Bizim onu sınağa çəkdiyimizi yəqinləş­di­rərək, Rəbbindən özü­­nün ba­ğışlanmasını dilə­di və səcdəyə qapanıb tövbə etdi.

38:25

فَغَفَرۡنَا لَهُۥ ذَٰلِكَۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ ﴿25﴾

Biz bunu ona bağış­la­dıq. Həqi­qə­tən, o Bizə yaxın olan­lar­dan­dır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.

38:26

يَٰدَاوُۥدُ إِنَّا جَعَلۡنَٰكَ خَلِيفَةٗ فِي ٱلۡأَرۡضِ فَٱحۡكُم بَيۡنَ ٱلنَّاسِ بِٱلۡحَقِّ وَلَا تَتَّبِعِ ٱلۡهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدُۢ بِمَا نَسُواْ يَوۡمَ ٱلۡحِسَابِ ﴿26﴾

Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə in­san­lar ara­sında ədalətlə hökm ver, nəfsin istəyinə uy­ma, yoxsa o sə­ni Allahın yo­lun­dan az­dırar. Həqiqətən, Allahın yo­lundan azan­la­rı hesablaşma gününü unut­duq­ları üçün şid­dətli bir əzab göz­lə­yir.