quranm◉

Səhifə 455

Range
from 38:27 to 38:42
Surahs covered
Tərcümə
16 Tərcümə

◉

38:27

وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا بَٰطِلٗاۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُواْۚ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِنَ ٱلنَّارِ ﴿27﴾

Biz göyü, yeri və onların ara­sın­da­kıları nahaq yerə xəlq et­məmişik. Bu, kafirlərin zən­nidir. Vay o kafirlərin Od­dakı halına!

38:28

أَمۡ نَجۡعَلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ كَٱلۡمُفۡسِدِينَ فِي ٱلۡأَرۡضِ أَمۡ نَجۡعَلُ ٱلۡمُتَّقِينَ كَٱلۡفُجَّارِ ﴿28﴾

Biz heç iman gətirib yax­şı işlər gö­rənləri yer üzündə fit­nə-fə­­sad törə­dən­lərə tay tu­ta­rıq­mı? Ya da Allahdan qor­­xanları gü­nah­karlara tay tuta­rıqmı?

38:29

كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ مُبَٰرَكٞ لِّيَدَّبَّرُوٓاْ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ﴿29﴾

Bu mübarək Kitabı, in­sanların onun ayələrini düşü­nüb an­la­ma­sı və ağıl sahibləri­nin də ondan ibrət gö­tür­məsi üçün sənə nazil et­dik.

38:30

وَوَهَبۡنَا لِدَاوُۥدَ سُلَيۡمَٰنَۚ نِعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٌ ﴿30﴾

Biz Davuda Süleymanı bəxş et­dik. O necə də gözəl qul idi! Da­i­ma Allaha üz tutardı.

38:31

إِذۡ عُرِضَ عَلَيۡهِ بِٱلۡعَشِيِّ ٱلصَّـٰفِنَٰتُ ٱلۡجِيَادُ ﴿31﴾

Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir aya­ğı­nın dır­nağını ye­rə vuran, qaçağan atlar göstərildi.

38:32

فَقَالَ إِنِّيٓ أَحۡبَبۡتُ حُبَّ ٱلۡخَيۡرِ عَن ذِكۡرِ رَبِّي حَتَّىٰ تَوَارَتۡ بِٱلۡحِجَابِ ﴿32﴾

Süleyman dedi: “Mən, gü­nəş üfüq­də batanadək ne­mətə olan mə­həb­bəti Rəbbimi zikr etməkdən üstün tutdum – at­lar məni əsr na­mazından ya­yındır­dı”.

38:33

رُدُّوهَا عَلَيَّۖ فَطَفِقَ مَسۡحَۢا بِٱلسُّوقِ وَٱلۡأَعۡنَاقِ ﴿33﴾

Süleyman: “Onları yanı­ma qay­ta­rın!”– dedi. O, atların qıç­la­rı­nı və bo­yunlarını vur­ma­ğa başladı.

38:34

وَلَقَدۡ فَتَنَّا سُلَيۡمَٰنَ وَأَلۡقَيۡنَا عَلَىٰ كُرۡسِيِّهِۦ جَسَدٗا ثُمَّ أَنَابَ ﴿34﴾

Biz Süleymanı sınağa çə­kib tax­tı­nın üstünə cansız bir cə­səd at­dıq. Sonra o tövbə edib qayıtdı.

38:35

قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَهَبۡ لِي مُلۡكٗا لَّا يَنۢبَغِي لِأَحَدٖ مِّنۢ بَعۡدِيٓۖ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ ﴿35﴾

O dedi: “Ey Rəbbim! Mə­ni ba­ğış­la və mənə elə bir səl­tə­nət ver ki, mən­dən sonra heç kimə nəsib olmasın. Hə­qi­qə­tən, Sən Bəx­şe­dən­sən.

38:36

فَسَخَّرۡنَا لَهُ ٱلرِّيحَ تَجۡرِي بِأَمۡرِهِۦ رُخَآءً حَيۡثُ أَصَابَ ﴿36﴾

Biz də, onun əmri ilə is­tədiyi ye­rə sakitcə əsən küləyi ona ram etdik.

38:37

وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٖ وَغَوَّاصٖ ﴿37﴾

Həmçinin şeytanlardan olan müx­təlif nəqşlər vuran bən­na­la­rı, dalğıcları

38:38

وَءَاخَرِينَ مُقَرَّنِينَ فِي ٱلۡأَصۡفَادِ ﴿38﴾

və başqalarını da zən­cir­lənmiş hal­da ona tabe etdik

38:39

هَٰذَا عَطَآؤُنَا فَٱمۡنُنۡ أَوۡ أَمۡسِكۡ بِغَيۡرِ حِسَابٖ ﴿39﴾

və buyurduq: “Bu Bizim hədiy­yə­mizdir! Bunlardan istə­diyinə ver­sən də, verməsən də səndən haqq-hesab tələb olun­ma­ya­caq­dır”.

38:40

وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ ﴿40﴾

Həqiqətən, o Bizə yaxın olan­lar­dandır və onun üçün gö­zəl qa­yıdış yeri hazırlanmışdır.

38:41

وَٱذۡكُرۡ عَبۡدَنَآ أَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلشَّيۡطَٰنُ بِنُصۡبٖ وَعَذَابٍ ﴿41﴾

Qulumuz Əyyubu da ya­da sal! Bir zaman o öz Rəbbinə yal­va­rıb demişdi: “Şeytan mə­nə bəla və əzab toxun­dur­muş­dur!”

38:42

ٱرۡكُضۡ بِرِجۡلِكَۖ هَٰذَا مُغۡتَسَلُۢ بَارِدٞ وَشَرَابٞ ﴿42﴾

Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”