quranm◉

Səhifə 456

Range
from 38:43 to 38:61
Surahs covered
Tərcümə
19 Tərcümə

◉

38:43

وَوَهَبۡنَا لَهُۥٓ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنَّا وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ﴿43﴾

Bizdən bir mərhəmət və ağıl sa­hiblərinə bir ibrət olsun de­yə, ona həm ailə­sini qaytardıq, həm də onlarla yanaşı bir mislini bəxş et­dik.

38:44

وَخُذۡ بِيَدِكَ ضِغۡثٗا فَٱضۡرِب بِّهِۦ وَلَا تَحۡنَثۡۗ إِنَّا وَجَدۡنَٰهُ صَابِرٗاۚ نِّعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٞ ﴿44﴾

Biz ona dedik: “Əlinə bir dəstə çu­buq götür və onunla ar­va­dını vur. An­dı­nı pozma”. Hə­qiqətən, Biz onu səbir edən gör­dük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.

38:45

وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ ﴿45﴾

Qüdrət və bəsirət sahibi olan qul­larımız İbrahimi, İs­ha­qı və Yə­qubu da yada sal!

38:46

إِنَّآ أَخۡلَصۡنَٰهُم بِخَالِصَةٖ ذِكۡرَى ٱلدَّارِ ﴿46﴾

Biz onları Axirət yur­du­nu sadiq ürəklə andıqlarına gö­rə seç­dik.

38:47

وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ ﴿47﴾

Həqiqətən, onlar Bizim yanı­mız­da seçilmiş ən yaxşı kim­sə­lər­dən­dirlər.

38:48

وَٱذۡكُرۡ إِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَذَا ٱلۡكِفۡلِۖ وَكُلّٞ مِّنَ ٱلۡأَخۡيَارِ ﴿48﴾

İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların ha­mısı ən yax­şı kim­sələrdəndir.

38:49

هَٰذَا ذِكۡرٞۚ وَإِنَّ لِلۡمُتَّقِينَ لَحُسۡنَ مَـَٔابٖ ﴿49﴾

Bu, bir xatırlatmadır. Allah­dan qorxanları gözəl bir qa­yı­dış ye­ri göz­lə­yir –

38:50

جَنَّـٰتِ عَدۡنٖ مُّفَتَّحَةٗ لَّهُمُ ٱلۡأَبۡوَٰبُ ﴿50﴾

qapıları onlar üçün açıl­mış Ədn cən­nətləri.

38:51

مُتَّكِـِٔينَ فِيهَا يَدۡعُونَ فِيهَا بِفَٰكِهَةٖ كَثِيرَةٖ وَشَرَابٖ ﴿51﴾

Onlar orada taxtlara dir­səklənib çoxlu-çoxlu meyvələr və cən­nətə məxsus içkilər istə­yə­cəklər.

38:52

وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ أَتۡرَابٌ ﴿52﴾

Onların yanında gözlə­ri­ni ərin­dən çəkməyən həmya­şıd­ları ola­caq­.

38:53

هَٰذَا مَا تُوعَدُونَ لِيَوۡمِ ٱلۡحِسَابِ ﴿53﴾

Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır.

38:54

إِنَّ هَٰذَا لَرِزۡقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ ﴿54﴾

Bəli, bu Bizim verdiyi­miz ne­mətdir. O, tükənməzdir.

38:55

هَٰذَاۚ وَإِنَّ لِلطَّـٰغِينَ لَشَرَّ مَـَٔابٖ ﴿55﴾

Bax belə! Şübhəsiz ki, az­ğınları da çox pis qayıdış yeri göz­lə­yir –

38:56

جَهَنَّمَ يَصۡلَوۡنَهَا فَبِئۡسَ ٱلۡمِهَادُ ﴿56﴾

içində yanacaqları Cə­hən­nəm. Ora nə pis yataqdır!

38:57

هَٰذَا فَلۡيَذُوقُوهُ حَمِيمٞ وَغَسَّاقٞ ﴿57﴾

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!

38:58

وَءَاخَرُ مِن شَكۡلِهِۦٓ أَزۡوَٰجٌ ﴿58﴾

Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır.

38:59

هَٰذَا فَوۡجٞ مُّقۡتَحِمٞ مَّعَكُمۡ لَا مَرۡحَبَۢا بِهِمۡۚ إِنَّهُمۡ صَالُواْ ٱلنَّارِ ﴿59﴾

Kafirlərin başçılarına de­yi­ləcək: “Bu, sizinlə birlikdə Cə­hən­nə­mə gi­rən dəstə­dir. Baş­çılar de­yəcəklər: “Onlara salam olma­sın! Şübhəsiz ki, onlar odda yana­caqlar”.

38:60

قَالُواْ بَلۡ أَنتُمۡ لَا مَرۡحَبَۢا بِكُمۡۖ أَنتُمۡ قَدَّمۡتُمُوهُ لَنَاۖ فَبِئۡسَ ٱلۡقَرَارُ ﴿60﴾

Tabe olanlar deyəcəklər: “Xeyr, si­zin özünüzə salam ol­ma­sın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qə­rar tutulan yer­dir!”

38:61

قَالُواْ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدۡهُ عَذَابٗا ضِعۡفٗا فِي ٱلنَّارِ ﴿61﴾

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təq­dim edib­sə, onun əzabını odda ikiqat elə!”