quranm◉

Səhifə 465

Range
from 39:57 to 39:67
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

39:57

أَوۡ تَقُولَ لَوۡ أَنَّ ٱللَّهَ هَدَىٰنِي لَكُنتُ مِنَ ٱلۡمُتَّقِينَ ﴿57﴾

Yaxud deməsin: “Əgər Allah mə­ni doğru yola yönəlt­səydi, mən mütləq müttəqi­lər­dən olardım!”

39:58

أَوۡ تَقُولَ حِينَ تَرَى ٱلۡعَذَابَ لَوۡ أَنَّ لِي كَرَّةٗ فَأَكُونَ مِنَ ٱلۡمُحۡسِنِينَ ﴿58﴾

Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də dün­ya­ya qayı­daydım, yaxşı işlər görənlərdən olar­dım!”

39:59

بَلَىٰ قَدۡ جَآءَتۡكَ ءَايَٰتِي فَكَذَّبۡتَ بِهَا وَٱسۡتَكۡبَرۡتَ وَكُنتَ مِنَ ٱلۡكَٰفِرِينَ ﴿59﴾

Xeyr! Ayələrim sənə gəl­mişdi, sən isə onları yalan say­dın, tə­kəbbür gös­tərdin və ka­firlərdən oldun”.

39:60

وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُواْ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسۡوَدَّةٌۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡمُتَكَبِّرِينَ ﴿60﴾

Sən Qiyamət günü Alla­ha qarşı yalan uyduranların üzlə­rini qap­qara gö­rəcəksən. Məgər Cəhənnəmdə təkəb­bür­lülər üçün yer yox­­dur?

39:61

وَيُنَجِّي ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوۡاْ بِمَفَازَتِهِمۡ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿61﴾

Allah müttəqilərə uğur­larına gö­rə nicat verəcək. On­lara pis­lik to­xunma­yacaq və onlar kədərlənməyəcəklər.

39:62

ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ ﴿62﴾

Allah hər şeyin Xaliqi­dir. O, hər şeyi Qoruyandır.

39:63

لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿63﴾

Göylərin və yerin açar­ları Onda­dır. Məhz Allahın ayələrini in­kar edən­lər ziyana uğrayanlardır.

39:64

قُلۡ أَفَغَيۡرَ ٱللَّهِ تَأۡمُرُوٓنِّيٓ أَعۡبُدُ أَيُّهَا ٱلۡجَٰهِلُونَ ﴿64﴾

De: “Mənə Allahdan qey­ri­sinə­mi ibadət etməyi əmr edir­si­niz, ey ca­hil­lər?”

39:65

وَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ﴿65﴾

Sənə və səndən əvvəlki­lərə belə vəhy olunmuşdur: “Əgər Allaha şə­rik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğra­yan­lardan ola­caq­san.

39:66

بَلِ ٱللَّهَ فَٱعۡبُدۡ وَكُن مِّنَ ٱلشَّـٰكِرِينَ ﴿66﴾

Sən yalnız Allaha ibadət et və şü­kür edənlərdən ol!”

39:67

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّـٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ﴿67﴾

Onlar Allahı layiqincə qiymət­lən­dirmədilər. Halbuki Qi­ya­mət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göy­lər isə Onun əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və on­ların Ona qoş­duq­ları şəriklər­dən ucadır.