quranm◉

Səhifə 466

Range
from 39:68 to 39:74
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

39:68

وَنُفِخَ فِي ٱلصُّورِ فَصَعِقَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۖ ثُمَّ نُفِخَ فِيهِ أُخۡرَىٰ فَإِذَا هُمۡ قِيَامٞ يَنظُرُونَ ﴿68﴾

Sur üfürüləcək və Alla­hın istə­di­yi kimsələr­dən başqa göy­lər­də və yer­də kim varsa, hamısı öləcək. Sonra bir da­ha ona üfü­rülən kimi onlar qal­xıb baxacaqlar.

39:69

وَأَشۡرَقَتِ ٱلۡأَرۡضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلۡكِتَٰبُ وَجِاْيٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿69﴾

Yer öz Rəbbinin nuru ilə işıq­lana­caq, əməllər yazılmış ki­tab hər kəsin qar­şı­sına qo­yu­la­caq, peyğəmbərlər və şa­hid­lər gəti­rilə­cək­dir. Onların ara­sında əda­lətlə hökm verilə­cək və onlara haqsız­lıq edil­mə­yə­cək.

39:70

وَوُفِّيَتۡ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُوَ أَعۡلَمُ بِمَا يَفۡعَلُونَ ﴿70﴾

Hər kəsə öz əməlinin əvə­zi tam veriləcək. Allah on­ların nə etdik­lə­rini yaxşı bilir.

39:71

وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَتۡلُونَ عَلَيۡكُمۡ ءَايَٰتِ رَبِّكُمۡ وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ بَلَىٰ وَلَٰكِنۡ حَقَّتۡ كَلِمَةُ ٱلۡعَذَابِ عَلَى ٱلۡكَٰفِرِينَ ﴿71﴾

Kafirlər dəstə-dəstə Cə­hənnəmə sürüklənəcəklər. Nə­hayət, ora çatdıqda onun qapı­ları açılacaq və onun gö­zətçi­lə­ri onlara de­yə­cək­lər: “Məgər öz içə­ri­nizdən Rəbbinizin ayə­lə­ri­ni sizə oxu­yan və sizi bu gü­nü­nüzə qovuşa­ca­ğınızla xə­­bərdar edən elçilər gəlmə­miş­di?” On­lar: “Əlbəttə, gəl­mişdi!”– deyə­cəklər. Lakin əzab Sözü ka­fir­lər ba­rəsində ger­çək­ləşdi.

39:72

قِيلَ ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ﴿72﴾

Onlara: “İçində əbədi qa­lacağınız Cəhənnəmin qapı­la­rına gi­rin!”– deyi­lə­cək. Tə­kəb­bürlülərin yeri necə də pis­dir!

39:73

وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ إِلَى ٱلۡجَنَّةِ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَا سَلَٰمٌ عَلَيۡكُمۡ طِبۡتُمۡ فَٱدۡخُلُوهَا خَٰلِدِينَ ﴿73﴾

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətirilə­cək­lər. Nə­ha­yət, ora çatdıqda onun qapıları açılacaq və onun gö­zət­çiləri on­lara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halını­za! Əbədi qal­maq üçün buraya daxil olun!”

39:74

وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي صَدَقَنَا وَعۡدَهُۥ وَأَوۡرَثَنَا ٱلۡأَرۡضَ نَتَبَوَّأُ مِنَ ٱلۡجَنَّةِ حَيۡثُ نَشَآءُۖ فَنِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ ﴿74﴾

Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bi­zi bu yerə va­ris edən Allaha həmd olsun! Biz Cən­nətin is­tə­diyimiz ye­rində sakin oluruq. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gö­zəldir!”