quranm◉

Səhifə 469

Range
from 40:17 to 40:25
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

40:17

ٱلۡيَوۡمَ تُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۚ لَا ظُلۡمَ ٱلۡيَوۡمَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ﴿17﴾

Bu gün hər kəsə qazan­dı­ğının əvə­zi veriləcək. Bu gün haq­sız­lıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çə­kən­dir.

40:18

وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡأٓزِفَةِ إِذِ ٱلۡقُلُوبُ لَدَى ٱلۡحَنَاجِرِ كَٰظِمِينَۚ مَا لِلظَّـٰلِمِينَ مِنۡ حَمِيمٖ وَلَا شَفِيعٖ يُطَاعُ ﴿18﴾

Onları ürəklərin xirtdəyə çata­ca­ğı, özləri də qəm-qüssə için­də olacaqları ya­xınlaşan günlə qorxut. O gün zalım­la­rın nə bir ya­xın dostu, nə də sözü keçən bir şəfaətçisi olar.

40:19

يَعۡلَمُ خَآئِنَةَ ٱلۡأَعۡيُنِ وَمَا تُخۡفِي ٱلصُّدُورُ ﴿19﴾

Allah gözlərin xaincə­si­nə baxışını və kökslərin nələr giz­lət­di­yi­ni bilir.

40:20

وَٱللَّهُ يَقۡضِي بِٱلۡحَقِّۖ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَقۡضُونَ بِشَيۡءٍۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ﴿20﴾

Allah ədalətlə hökm ve­rər. On­dan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm ve­rə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Gö­rəndir!

40:21

أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ كَانُواْ مِن قَبۡلِهِمۡۚ كَانُواْ هُمۡ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٖ ﴿21﴾

Məgər onlar yer üzündə gəzib-do­laşıb özlərindən əv­vəl­ki­lə­rin aqi­bə­ti­nin necə oldu­ğu­nu görmədilərmi? On­lar bun­lardan da­ha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Allah on­ları gü­nah­larına görə əzabla yaxaladı və on­ları Allahdan qo­ru­yan ol­ma­dı.

40:22

ذَٰلِكَ بِأَنَّهُمۡ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَكَفَرُواْ فَأَخَذَهُمُ ٱللَّهُۚ إِنَّهُۥ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ ﴿22﴾

Bu ona görə idi ki, elçi­ləri onlara açıq-aydın dəlillər gə­tir­dik­ləri halda, on­lar inkar edir­dilər. Buna görə də Allah onla­rı əzab­la yaxaladı. Həqi­qətən, O, Qüvvətlidir, cəzası da şiddətli­dir.

40:23

وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ ﴿23﴾

Biz Musanı möcüzələ­ri­mizlə və aşkar bir dəlillə gön­dərdik –

40:24

إِلَىٰ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَقَٰرُونَ فَقَالُواْ سَٰحِرٞ كَذَّابٞ ﴿24﴾

Fironun, Hamanın və Qa­runun ya­nına. Onlar isə: “Bu, ya­lan­çı bir sehr­baz­dır!”– de­di­lər.

40:25

فَلَمَّا جَآءَهُم بِٱلۡحَقِّ مِنۡ عِندِنَا قَالُواْ ٱقۡتُلُوٓاْ أَبۡنَآءَ ٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ وَٱسۡتَحۡيُواْ نِسَآءَهُمۡۚ وَمَا كَيۡدُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ ﴿25﴾

Musa onlara Bizim dər­gahı­mız­dan həqiqəti bəyan et­dikdə on­lar dedi­lər: “Onunla bir­likdə iman gətirənlərin oğul­larını öl­dü­rün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, ka­firlərin hiy­ləsi bo­şa çıxar.