quranm◉

Səhifə 470

Range
from 40:26 to 40:33
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

40:26

وَقَالَ فِرۡعَوۡنُ ذَرُونِيٓ أَقۡتُلۡ مُوسَىٰ وَلۡيَدۡعُ رَبَّهُۥٓۖ إِنِّيٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمۡ أَوۡ أَن يُظۡهِرَ فِي ٱلۡأَرۡضِ ٱلۡفَسَادَ ﴿26﴾

Firon dedi: “Buraxın mə­ni Mu­sa­nı öldürüm! Qoy o da Rəb­bi­nə yalvarsın. Çünki mən onun sizin dininizi dəyiş­di­rə­cə­yindən, ya­xud yer üzün­də fə­sad tö­rədəcəyindən qor­xuram”.

40:27

وَقَالَ مُوسَىٰٓ إِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٖ لَّا يُؤۡمِنُ بِيَوۡمِ ٱلۡحِسَابِ ﴿27﴾

Musa dedi: “Mən he­sab­laşma gü­nünə inanmayan hər bir tə­kəb­bürlüdən həm mə­nim Rəbbim, həm də sizin Rəb­bi­niz olan Alla­ha sığı­nı­ram!”

40:28

وَقَالَ رَجُلٞ مُّؤۡمِنٞ مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَكۡتُمُ إِيمَٰنَهُۥٓ أَتَقۡتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ ٱللَّهُ وَقَدۡ جَآءَكُم بِٱلۡبَيِّنَٰتِ مِن رَّبِّكُمۡۖ وَإِن يَكُ كَٰذِبٗا فَعَلَيۡهِ كَذِبُهُۥۖ وَإِن يَكُ صَادِقٗا يُصِبۡكُم بَعۡضُ ٱلَّذِي يَعِدُكُمۡۖ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ مُسۡرِفٞ كَذَّابٞ ﴿28﴾

Firon ailəsindən olub ima­nını giz­lədən mömin bir kişi dedi: “Siz bir ada­mı: “Rəbbim Allahdır!”– dediyinə görə öl­dü­rə­cək­si­niz­mi? Hal­buki o, Rəb­bi­niz­dən sizə açıq-aydın dəlil­lər gətirdi. Əgər o, yalan danı­şır­sa, onun yalanı ancaq öz əley­hi­nə­dir. Yox, əgər doğru da­nı­şırsa, onun vəd etdiyinin bəzi­si sizə toxunar. Hə­qi­qətən, Allah həddi aşanı, yalançını doğru yola yö­nəltməz.

40:29

يَٰقَوۡمِ لَكُمُ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَ ظَٰهِرِينَ فِي ٱلۡأَرۡضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأۡسِ ٱللَّهِ إِن جَآءَنَاۚ قَالَ فِرۡعَوۡنُ مَآ أُرِيكُمۡ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهۡدِيكُمۡ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ ﴿29﴾

Ey qövmüm! Bu gün yer üzündə hakim şəxslər kimi hökm­ran­lıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” Firon dedi: “Mən sizə ancaq öz düşün­düyümü bil­dirirəm, mən sizə ancaq doğru yolu göstə­ri­rəm”.

40:30

وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُم مِّثۡلَ يَوۡمِ ٱلۡأَحۡزَابِ ﴿30﴾

Mömin kişi dedi: “Ey qövmüm! Mən o toplumların ba­şı­na gəlmiş dəhşətli gü­nün bənzərinin sizin də başı­nıza gəl­mə­sin­dən qorxuram.

40:31

مِثۡلَ دَأۡبِ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمٗا لِّلۡعِبَادِ ﴿31﴾

Nuh qövmünün, Ad və Səmud tayfalarının və onlardan son­rakıların düçar olduğu bəlanın bənzərinin gəlmə­sindən qorxuram. Allah bəndələrinə zülm edilməsini is­tə­məz.

40:32

وَيَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ يَوۡمَ ٱلتَّنَادِ ﴿32﴾

Ey qömüm! Mən başı­nı­za gələcək fəryad qopara­cağı­nız gün­dən qorxu­ram.

40:33

يَوۡمَ تُوَلُّونَ مُدۡبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ﴿33﴾

Geriyə dönüb qaçacağı­nız gün si­zi Allahdan qoruyan ta­pıl­maz. Alla­hın azğınlığa sal­­dığı kimsəyə isə yol gös­tə­rən olmaz”.