quranm◉

Səhifə 481

Range
from 41:39 to 41:46
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

41:39

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ﴿39﴾

Yer üzünü qupquru gör­məyin də Onun dəlillərindən­dir. Biz yerin üzə­ri­nə su endir­dikdə o, hərəkətə gəlib qa­ba­rır. Şüb­hə­siz ki, onu dirildən Allah, ölü­ləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qa­dirdir.

41:40

إِنَّ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ ءَايَٰتِنَا لَا يَخۡفَوۡنَ عَلَيۡنَآۗ أَفَمَن يُلۡقَىٰ فِي ٱلنَّارِ خَيۡرٌ أَم مَّن يَأۡتِيٓ ءَامِنٗا يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ ٱعۡمَلُواْ مَا شِئۡتُمۡ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ﴿40﴾

Sözsüz ki, ayələrimiz­dən üz dön­də­rənlər Bizdən gizli qal­maz­lar. Onda de­yin görək oda atılan kimsə yaxşıdır, yox­sa Qi­yamət gü­nünə əmin-aman­lıq için­də gələn kimsə? İstədiyi­ni­zi edin! Hə­qi­qə­tən, Allah nə etdik­lərinizi gö­rür.

41:41

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِٱلذِّكۡرِ لَمَّا جَآءَهُمۡۖ وَإِنَّهُۥ لَكِتَٰبٌ عَزِيزٞ ﴿41﴾

Şübhə yox ki, Zikr on­la­ra gəldiyi zaman onu yalan sa­yanlar cə­zalan­dırı­lacaqlar. Hə­qi­qətən, bu, əzəmətli bir Ki­tab­dır.

41:42

لَّا يَأۡتِيهِ ٱلۡبَٰطِلُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَلَا مِنۡ خَلۡفِهِۦۖ تَنزِيلٞ مِّنۡ حَكِيمٍ حَمِيدٖ ﴿42﴾

Nə önündən, nə də ar­xa­sından batil ona girişə bilməz. O, Müd­rik, Tə­ri­fəla­yiq Allah tərəfindən nazil edil­miş­dir.

41:43

مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدۡ قِيلَ لِلرُّسُلِ مِن قَبۡلِكَۚ إِنَّ رَبَّكَ لَذُو مَغۡفِرَةٖ وَذُو عِقَابٍ أَلِيمٖ ﴿43﴾

Sənə ancaq səndən əv­vəlki el­çi­lə­rə deyilənlər deyi­lir. Hə­qi­qə­tən, sənin Rəb­bin ba­ğış­layandır, ağrılı-acılı cəza ve­rən­dir.

41:44

وَلَوۡ جَعَلۡنَٰهُ قُرۡءَانًا أَعۡجَمِيّٗا لَّقَالُواْ لَوۡلَا فُصِّلَتۡ ءَايَٰتُهُۥٓۖ ءَا۬عۡجَمِيّٞ وَعَرَبِيّٞۗ قُلۡ هُوَ لِلَّذِينَ ءَامَنُواْ هُدٗى وَشِفَآءٞۚ وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ فِيٓ ءَاذَانِهِمۡ وَقۡرٞ وَهُوَ عَلَيۡهِمۡ عَمًىۚ أُوْلَـٰٓئِكَ يُنَادَوۡنَ مِن مَّكَانِۭ بَعِيدٖ ﴿44﴾

Əgər Biz onu yad bir dil­də Qu­ran etsəydik, onlar de­yər­di­lər: “Nə üçün onun ayə­ləri müfəssəl izah edilməmiş­dir? Yad dil və ərəb peyğəm­bər?!” De: “O, iman gətirənlərə doğ­ru yol göstəri­cisi və şəfadır”. İman gə­tir­məyən­lə­rin isə qu­laq­larında tıxac var. On­lar ona qarşı kordurlar. On­lar sanki uzaq bir yerdən çağı­rılırlar.

41:45

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَٱخۡتُلِفَ فِيهِۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ﴿45﴾

Biz Musaya da Kitab ver­dik, la­kin onun barəsində ix­ti­laf düş­dü. Əgər sə­nin Rəb­bi­nin öncə buyurduğu Söz ol­ma­­saydı, on­la­rın arasın­da hökm verilmiş olardı. Həqiqətən, ka­firlər onun barə­sin­də anlaşıl­maz bir şübhə içindədirlər.

41:46

مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ ﴿46﴾

Kim yaxşı iş görsə, xe­yri özünə, kim də pislik etsə, zərə­ri öz əleyhi­nə olar. Sə­nin Rəb­bin qullara zülm edən deyil.