quranm◉

Səhifə 480

Range
from 41:30 to 41:38
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

41:30

إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ تَتَنَزَّلُ عَلَيۡهِمُ ٱلۡمَلَـٰٓئِكَةُ أَلَّا تَخَافُواْ وَلَا تَحۡزَنُواْ وَأَبۡشِرُواْ بِٱلۡجَنَّةِ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ ﴿30﴾

Həqiqətən də: “Rəb­bi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tan kəslərə mə­lək­lər nazil olub deyirlər: “Qorx­ma­yın və kə­­dər­lən­mə­yin! Sizə vəd olu­nan Cən­nətlə sevinin!

41:31

نَحۡنُ أَوۡلِيَآؤُكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۖ وَلَكُمۡ فِيهَا مَا تَشۡتَهِيٓ أَنفُسُكُمۡ وَلَكُمۡ فِيهَا مَا تَدَّعُونَ ﴿31﴾

Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Ora­da si­zin üçün nəf­sinizin çə­kə biləcəyi hər şey hazır­lan­mış­dır. Ora­da istədiyiniz hər şey var­dır.

41:32

نُزُلٗا مِّنۡ غَفُورٖ رَّحِيمٖ ﴿32﴾

Bağışlayan və Rəhmli Allah tərə­fin­dən verilən ziyafət kimi”.

41:33

وَمَنۡ أَحۡسَنُ قَوۡلٗا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَٰلِحٗا وَقَالَ إِنَّنِي مِنَ ٱلۡمُسۡلِمِينَ ﴿33﴾

İnsanları Allaha tərəf ça­ğıran, yaxşı iş görən və: “Hə­qiqətən, mən mü­səl­manlarda­nam!”– deyən kəsdən daha gö­zəl söz deyən kim ola bilər?

41:34

وَلَا تَسۡتَوِي ٱلۡحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُۚ ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ فَإِذَا ٱلَّذِي بَيۡنَكَ وَبَيۡنَهُۥ عَدَٰوَةٞ كَأَنَّهُۥ وَلِيٌّ حَمِيمٞ ﴿34﴾

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman sə­nin­lə ədavət aparan kimsə sanki ya­xın bir dost olar.

41:35

وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٖ ﴿35﴾

Bu isə ancaq səbir edən­lərə ve­ri­lir və ancaq böyük qis­mət sa­hib­lərinə nə­­sib olur.

41:36

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيۡطَٰنِ نَزۡغٞ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿36﴾

Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çün­ki O, Eşidəndir, Biləndir.

41:37

وَمِنۡ ءَايَٰتِهِ ٱلَّيۡلُ وَٱلنَّهَارُ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُۚ لَا تَسۡجُدُواْ لِلشَّمۡسِ وَلَا لِلۡقَمَرِ وَٱسۡجُدُواْۤ لِلَّهِۤ ٱلَّذِي خَلَقَهُنَّ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ﴿37﴾

Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsi­niz­sə, onda günəşə və aya səcdə etməyin, on­la­rı yaradan Alla­ha səcdə edin.

41:38

فَإِنِ ٱسۡتَكۡبَرُواْ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَهُمۡ لَا يَسۡـَٔمُونَ۩ ﴿38﴾

Əgər onlar təkəbbür gös­tərsələr bil­sinlər ki, sənin Rəb­binin ya­nında olan­lar gecə-gün­düz usanmadan Onun şəninə təriflər de­yir­lər.