quranm◉

Səhifə 487

Range
from 42:32 to 42:44
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

42:32

وَمِنۡ ءَايَٰتِهِ ٱلۡجَوَارِ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ ﴿32﴾

Dənizdə dağlar kimi üzən gə­mi­lər də Onun dəlillərin­dən­dir.

42:33

إِن يَشَأۡ يُسۡكِنِ ٱلرِّيحَ فَيَظۡلَلۡنَ رَوَاكِدَ عَلَىٰ ظَهۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٍ ﴿33﴾

Əgər Allah istəsə, küləyi sakit­ləş­dirər, onlar da suyun üzün­də hərə­kət­siz qalarlar. Hə­qiqətən, bunda səbirli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır.

42:34

أَوۡ يُوبِقۡهُنَّ بِمَا كَسَبُواْ وَيَعۡفُ عَن كَثِيرٖ ﴿34﴾

Yaxud, gəmidəkilərin qa­zandıqları günahları ucbatın­dan, on­la­rı məhv edər və ya bir çoxunu bağış­layar.

42:35

وَيَعۡلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٖ ﴿35﴾

Bizim ayələrimiz barə­sində mü­bahisə edənlər özlə­ri üçün heç bir qur­tuluş yeri ol­madığını biləcəklər.

42:36

فَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ﴿36﴾

Sizə verilən hər bir şey dünya hə­yatının keçici zövqü­dür. Alla­hın ya­nında olan­lar isə daha xeyirli və daha sü­rəklidir. Bunlar iman gətirib öz Rəb­binə təvəkkül edənlər üçün­dür.

42:37

وَٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمۡ يَغۡفِرُونَ ﴿37﴾

O kəslər üçün ki, böyük günah­lardan və çirkin əməl­lərdən çə­kinir, qə­zəbləndikləri zaman xətanı bağışla­yır­lar.

42:38

وَٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَمۡرُهُمۡ شُورَىٰ بَيۡنَهُمۡ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ﴿38﴾

O kəslər üçün ki, Rəb­bi­nin də­və­tini qəbul edir, namaz qılır, iş­ləri­ barə­də öz arala­rın­da məsləhətləşir, onlara verdi­yi­miz ruzi­dən Allah yolunda xərc­lə­yirlər.

42:39

وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلۡبَغۡيُ هُمۡ يَنتَصِرُونَ ﴿39﴾

O kəslər üçün ki, haq­sız­lığa mə­ruz qaldıqda intiqam alırlar.

42:40

وَجَزَـٰٓؤُاْ سَيِّئَةٖ سَيِّئَةٞ مِّثۡلُهَاۖ فَمَنۡ عَفَا وَأَصۡلَحَ فَأَجۡرُهُۥ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ ﴿40﴾

Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və ba­rış­sa, onun mükafatı Alla­ha aid olar. Həqiqətən, O, za­lımları sev­mir.

42:41

وَلَمَنِ ٱنتَصَرَ بَعۡدَ ظُلۡمِهِۦ فَأُوْلَـٰٓئِكَ مَا عَلَيۡهِم مِّن سَبِيلٍ ﴿41﴾

Haqsızlığa uğradıqdan sonra qi­sas alanlara heç bir mə­zəm­mət olun­maz.

42:42

إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظۡلِمُونَ ٱلنَّاسَ وَيَبۡغُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿42﴾

Məzəmmət olunmağa an­caq in­san­lara zülm edənlər və yer üzün­də haqsız yerə azğın­lıq edənlər layiqdirlər. Məhz onlar üçün ağ­rılı-acılı əzab var­dır.

42:43

وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنۡ عَزۡمِ ٱلۡأُمُورِ ﴿43﴾

Hər kim səbir edib ba­ğış­lasa, şüb­həsiz ki, bu məq­sədə uy­ğun işlər­dən­dir.

42:44

وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِيّٖ مِّنۢ بَعۡدِهِۦۗ وَتَرَى ٱلظَّـٰلِمِينَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَ يَقُولُونَ هَلۡ إِلَىٰ مَرَدّٖ مِّن سَبِيلٖ ﴿44﴾

Allah kimi azğınlığa sal­sa, bun­dan sonra onun heç bir hi­ma­yə­çisi ol­maz. Sən za­lım­ları əzabı gördükləri za­man: “Qa­yıt­ma­ğa bir yol yoxdur­mu?”– deyən görəcəksən.