quranm◉

Səhifə 486

Range
from 42:23 to 42:31
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

42:23

ذَٰلِكَ ٱلَّذِي يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًا إِلَّا ٱلۡمَوَدَّةَ فِي ٱلۡقُرۡبَىٰۗ وَمَن يَقۡتَرِفۡ حَسَنَةٗ نَّزِدۡ لَهُۥ فِيهَا حُسۡنًاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ شَكُورٌ ﴿23﴾

İman gətirib yaxşı işlər görən qul­larına Allahın müjdə ver­di­yi nemət bu­dur. De: “Mən sizdən bunun əvəzində qo­hum­luq sev­gisindən başqa bir şey is­təmirəm”. Kim bir yaxşılıq et­sə, onun sa­vabını artırarıq. Hə­qiqətən, Allah Ba­ğışlayan­dır, şükrün əvəzini ve­rəndir.

42:24

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗاۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخۡتِمۡ عَلَىٰ قَلۡبِكَۗ وَيَمۡحُ ٱللَّهُ ٱلۡبَٰطِلَ وَيُحِقُّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦٓۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿24﴾

Yoxsa onlar sənin ba­rən­də: “O, Allaha qarşı yalan uy­durdu”– de­yir­lər?! Əgər Allah istəsə, sənin qəlbinə möhür vu­rar. Allah ba­ti­li silib yox edər və haqqı Öz sözləri ilə bər­qə­rar edər. Şübhəsiz ki, O, köks­lərdə olanları bilir.

42:25

وَهُوَ ٱلَّذِي يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَعۡفُواْ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعۡلَمُ مَا تَفۡعَلُونَ ﴿25﴾

Qullarının tövbəsini qə­bul edən, günahları bağışlayan və si­zin nə etdi­yi­nizi bilən Odur.

42:26

وَيَسۡتَجِيبُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۚ وَٱلۡكَٰفِرُونَ لَهُمۡ عَذَابٞ شَدِيدٞ ﴿26﴾

O, iman gətirib yaxşı əməllər edənlərin duasını qə­bul edər və Öz lüt­fünü onlara artı­rar. Kafirlər üçün isə şid­dət­li əzab ha­zır­lan­mışdır.

42:27

وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ ﴿27﴾

Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzün­də həddi aşardılar. Lakin O, istədiyi şeyi qə­də­rincə gön­dərir. Hə­qiqətən, O, Öz qulla­rından Xəbərdardır, Görəndir.

42:28

وَهُوَ ٱلَّذِي يُنَزِّلُ ٱلۡغَيۡثَ مِنۢ بَعۡدِ مَا قَنَطُواْ وَيَنشُرُ رَحۡمَتَهُۥۚ وَهُوَ ٱلۡوَلِيُّ ٱلۡحَمِيدُ ﴿28﴾

İnsanlar ümidlərini kəs­dikdən sonra yağış endirən və Öz mər­hə­mətini hər yana ya­yan Odur. O, Himayəçidir, Tərifə­layiqdir.

42:29

وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٖۚ وَهُوَ عَلَىٰ جَمۡعِهِمۡ إِذَا يَشَآءُ قَدِيرٞ ﴿29﴾

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun də­lil­lərin­dən­dir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə top­la­ma­ğa qadirdir.

42:30

وَمَآ أَصَٰبَكُم مِّن مُّصِيبَةٖ فَبِمَا كَسَبَتۡ أَيۡدِيكُمۡ وَيَعۡفُواْ عَن كَثِيرٖ ﴿30﴾

Başınıza gələn hər bir mü­sibət öz əllərinizlə qazan­dı­ğı­nız gü­nah­lar üzün­dəndir. Allah günahların çoxunu ba­ğış­layır.

42:31

وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ﴿31﴾

Siz yer üzündə Allahdan yaxa qur­tara bilməzsiniz. Allah­dan baş­qa sizin nə bir himayə­çiniz olar, nə də bir kömək­çi­niz.