quranm◉

Səhifə 489

Range
from 42:52 to 43:10
Surahs covered
Tərcümə
12 Tərcümə

◉

42:52

وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ رُوحٗا مِّنۡ أَمۡرِنَاۚ مَا كُنتَ تَدۡرِي مَا ٱلۡكِتَٰبُ وَلَا ٱلۡإِيمَٰنُ وَلَٰكِن جَعَلۡنَٰهُ نُورٗا نَّهۡدِي بِهِۦ مَن نَّشَآءُ مِنۡ عِبَادِنَاۚ وَإِنَّكَ لَتَهۡدِيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿52﴾

Biz sənə Öz əmrimizdən olan Ru­­hu (Quranı) vəhy et­dik. Sən kitab nə­dir, iman nədir bilmirdin. Lakin Biz onu, qul­la­rı­mız­dan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Hə­qi­qə­­tən, sən onları doğru yola yönəldirsən –

42:53

صِرَٰطِ ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلۡأُمُورُ ﴿53﴾

göylərdə və yerdə olan­ların sahi­bi Allahın yoluna. Şübhə­siz ki, bütün işlər Allaha qa­yıdır.

43:1

حمٓ ﴿1﴾

Ha. Mim.

43:2

وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ﴿2﴾

Bu aydın Kitaba and ol­sun!

43:3

إِنَّا جَعَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿3﴾

Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız.

43:4

وَإِنَّهُۥ فِيٓ أُمِّ ٱلۡكِتَٰبِ لَدَيۡنَا لَعَلِيٌّ حَكِيمٌ ﴿4﴾

Şübhəsiz ki, o, yanı­mız­da­kı Ana Kitabdandır. O, ucadır, hik­mət­lə dolu­dur.

43:5

أَفَنَضۡرِبُ عَنكُمُ ٱلذِّكۡرَ صَفۡحًا أَن كُنتُمۡ قَوۡمٗا مُّسۡرِفِينَ ﴿5﴾

Siz həddi aşan adamlar oldu­ğunu­za görə, Biz Zikri si­zə çat­dır­maqdan vaz keçməli­yik?

43:6

وَكَمۡ أَرۡسَلۡنَا مِن نَّبِيّٖ فِي ٱلۡأَوَّلِينَ ﴿6﴾

Biz əvvəlki ümmətlərə də neçə-ne­çə peyğəmbər gön­dər­miş­dik.

43:7

وَمَا يَأۡتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿7﴾

Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoy­ma­sınlar.

43:8

فَأَهۡلَكۡنَآ أَشَدَّ مِنۡهُم بَطۡشٗا وَمَضَىٰ مَثَلُ ٱلۡأَوَّلِينَ ﴿8﴾

Biz onlardan daha qüv­vətli olanları məhv etdik. Əv­vəlki­lərin aqi­bəti ötüb keçmiş­dir.

43:9

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ﴿9﴾

Əgər sən onlardan: “Göy­ləri və yeri kim yaratmışdır?”– deyə so­ruşsan, mütləq: “On­la­rı Qüdrətli və Bilən Allah ya­rat­mışdır!”– de­yə­cəklər.

43:10

ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَجَعَلَ لَكُمۡ فِيهَا سُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ ﴿10﴾

O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə bilə­siniz.