quranm◉

Səhifə 491

Range
from 43:23 to 43:33
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

43:23

وَكَذَٰلِكَ مَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقۡتَدُونَ ﴿23﴾

Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir pey­ğəm­bər gön­dər­diksə, onun cah-calal içində yaşayan sa­kin­ləri: “Biz ata­larımızı bu yolda gör­dük və biz də onların yo­lu­nu tutub ge­də­cə­yik!”– dedilər.

43:24

قَٰلَ أَوَلَوۡ جِئۡتُكُم بِأَهۡدَىٰ مِمَّا وَجَدتُّمۡ عَلَيۡهِ ءَابَآءَكُمۡۖ قَالُوٓاْ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ﴿24﴾

Peyğəmbər dedi: “Əgər sizə ata­la­rınızın tutduğu o yol­dan da­ha doğ­ru­sunu göstər­səm necə?” Onlar dedilər: “Biz si­zin­lə gön­də­rilənləri inkar edi­rik”.

43:25

فَٱنتَقَمۡنَا مِنۡهُمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ﴿25﴾

Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sa­yan­la­rın aqibəti necə oldu.

43:26

وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ وَقَوۡمِهِۦٓ إِنَّنِي بَرَآءٞ مِّمَّا تَعۡبُدُونَ ﴿26﴾

Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən si­zin ibadət etdikləri­niz­dən uzağam.

43:27

إِلَّا ٱلَّذِي فَطَرَنِي فَإِنَّهُۥ سَيَهۡدِينِ ﴿27﴾

Yalnız məni yaradan­dan başqa! Şübhəsiz ki, O məni doğru yo­la yönəl­dəcək”.

43:28

وَجَعَلَهَا كَلِمَةَۢ بَاقِيَةٗ فِي عَقِبِهِۦ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿28﴾

O, bu “lə ilahə illəl­lah” kəl­mə­si­ni öz nəsli ara­sında daimi qala­caq bir kəlmə etdi ki, bəl­kə doğru yola qa­yıt­sın­lar.

43:29

بَلۡ مَتَّعۡتُ هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ جَآءَهُمُ ٱلۡحَقُّ وَرَسُولٞ مُّبِينٞ ﴿29﴾

Doğrusu, Mən bunlara da, ata­la­rına da, haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.

43:30

وَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ قَالُواْ هَٰذَا سِحۡرٞ وَإِنَّا بِهِۦ كَٰفِرُونَ ﴿30﴾

Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmı­rıq!”– dedilər.

43:31

وَقَالُواْ لَوۡلَا نُزِّلَ هَٰذَا ٱلۡقُرۡءَانُ عَلَىٰ رَجُلٖ مِّنَ ٱلۡقَرۡيَتَيۡنِ عَظِيمٍ ﴿31﴾

Onlar dedilər: “Nə üçün bu Qu­ran iki şəhərdən (Mək­kə­dən və ya Taif­dən) olan bö­yük bir adama nazil edil­mədi?”

43:32

أَهُمۡ يَقۡسِمُونَ رَحۡمَتَ رَبِّكَۚ نَحۡنُ قَسَمۡنَا بَيۡنَهُم مَّعِيشَتَهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَرَفَعۡنَا بَعۡضَهُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَتَّخِذَ بَعۡضُهُم بَعۡضٗا سُخۡرِيّٗاۗ وَرَحۡمَتُ رَبِّكَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ ﴿32﴾

Sənin Rəbbinin mərhə­mətini on­larmı bölüşdürürlər? Biz dün­ya həya­tında onla­rın dolanışıqlarını aralarında bö­lüşdürdük. Bi­ri digəri­ni öz ya­nına iş­çi götürsün deyə, bəzi­lərinin dərəcə­lə­rini di­gərlərin­dən üstün etdik. Sənin Rəb­bi­nin mərhəməti onların yığ­dıq­la­rından daha xeyirlidir.

43:33

وَلَوۡلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ لَّجَعَلۡنَا لِمَن يَكۡفُرُ بِٱلرَّحۡمَٰنِ لِبُيُوتِهِمۡ سُقُفٗا مِّن فِضَّةٖ وَمَعَارِجَ عَلَيۡهَا يَظۡهَرُونَ ﴿33﴾

Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çe­vrilmək təh­lü­kəsi ol­masaydı, Mərhəmətli Allahı in­kar edənlərin ev­lərinin tavan­larını və çıx­dıqları nərdi­van­la­rı da gümüşdən edər­dik,