quranm◉

Səhifə 492

Range
from 43:34 to 43:47
Surahs covered
Tərcümə
14 Tərcümə

◉

43:34

وَلِبُيُوتِهِمۡ أَبۡوَٰبٗا وَسُرُرًا عَلَيۡهَا يَتَّكِـُٔونَ ﴿34﴾

evlərinin qapılarını və söykən­dik­ləri taxtları da,

43:35

وَزُخۡرُفٗاۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَٱلۡأٓخِرَةُ عِندَ رَبِّكَ لِلۡمُتَّقِينَ ﴿35﴾

üstəlik, zinət də verərdik. Bütün bunlar sadəcə dünya hə­ya­tı­nın keçici zövqüdür. Axirət isə sənin Rəbbinin ya­nında an­caq Allah­dan qorxanlar üçün­dür.

43:36

وَمَن يَعۡشُ عَن ذِكۡرِ ٱلرَّحۡمَٰنِ نُقَيِّضۡ لَهُۥ شَيۡطَٰنٗا فَهُوَ لَهُۥ قَرِينٞ ﴿36﴾

Kim Mərhəmətli Allahın zik­rin­dən üz döndərsə, Biz şey­tanı ona cala­yar və o da ona yol­daş olar.

43:37

وَإِنَّهُمۡ لَيَصُدُّونَهُمۡ عَنِ ٱلسَّبِيلِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ ﴿37﴾

Əlbəttə ki, şeytanlar on­ları haqq yoldan sapdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edə­r­lər.

43:38

حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَٰلَيۡتَ بَيۡنِي وَبَيۡنَكَ بُعۡدَ ٱلۡمَشۡرِقَيۡنِ فَبِئۡسَ ٱلۡقَرِينُ ﴿38﴾

Nəhayət, o, hüzurumu­za gəldik­də yoldaşına deyər: “Kaş ki, mə­nimlə sə­nin aranda məş­riqlə məğrib arasındakı uzaq­lıq qədər mə­safə olaydı. Sən nə pis yoldaş imişsən!”

43:39

وَلَن يَنفَعَكُمُ ٱلۡيَوۡمَ إِذ ظَّلَمۡتُمۡ أَنَّكُمۡ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ ﴿39﴾

Onlara deyilər: “Siz haq­sızlıq etdi­yinizə görə bu gün əzaba şə­rik olma­ğı­nız sizə heç bir fayda verməz!”

43:40

أَفَأَنتَ تُسۡمِعُ ٱلصُّمَّ أَوۡ تَهۡدِي ٱلۡعُمۡيَ وَمَن كَانَ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿40﴾

Sənmi karlara eşitdirə­cəksən, ya­xud korları və aşkar az­ğın­lıq için­də olanları doğru yola yönəldəcəksən?

43:41

فَإِمَّا نَذۡهَبَنَّ بِكَ فَإِنَّا مِنۡهُم مُّنتَقِمُونَ ﴿41﴾

Biz səni götürüb apar­saq da, yenə onlardan mütləq inti­qam ala­ca­ğıq.

43:42

أَوۡ نُرِيَنَّكَ ٱلَّذِي وَعَدۡنَٰهُمۡ فَإِنَّا عَلَيۡهِم مُّقۡتَدِرُونَ ﴿42﴾

Yaxud onlara vəd etdi­yi­mizi sə­nə göstərəcəyik. Şüb­hə­siz ki, Bi­zim on­lara gücü­müz çatar.

43:43

فَٱسۡتَمۡسِكۡ بِٱلَّذِيٓ أُوحِيَ إِلَيۡكَۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿43﴾

Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan.

43:44

وَإِنَّهُۥ لَذِكۡرٞ لَّكَ وَلِقَوۡمِكَۖ وَسَوۡفَ تُسۡـَٔلُونَ ﴿44﴾

Doğrusu, bu Quran sə­nin üçün və sənin xalqın üçün bir şə­rəf­dir. Siz sor­ğu-suala tu­tulacaqsınız.

43:45

وَسۡـَٔلۡ مَنۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رُّسُلِنَآ أَجَعَلۡنَا مِن دُونِ ٱلرَّحۡمَٰنِ ءَالِهَةٗ يُعۡبَدُونَ ﴿45﴾

Səndən əvvəl göndərdi­yimiz el­çilərdən – onların da­vam­çı­la­rın­dan soruş; Biz Mər­hə­mət­li Allahdan başqa iba­dət edi­ləsi mə­bud­lar­mı icad et­mi­şik?

43:46

وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿46﴾

Biz Musanı Öz dəlilləri­mizlə Fi­ron və onun əyanları­nın ya­nı­na gön­dər­dik. Musa de­di: “Mən aləmlərin Rəb­bi­nin elçisiyəm!”

43:47

فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنۡهَا يَضۡحَكُونَ ﴿47﴾

Musa dəlillərimizi onla­ra bəyan edən kimi onlar buna gül­dü­lər.