quranm◉

Səhifə 496

Range
from 44:1 to 44:18
Surahs covered
Tərcümə
18 Tərcümə

◉

44:1

حمٓ ﴿1﴾

Ha. Mim.

44:2

وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ﴿2﴾

And olsun bu aydın Ki­taba!

44:3

إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ ﴿3﴾

Biz onu mübarək bir ge­cədə nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik.

44:4

فِيهَا يُفۡرَقُ كُلُّ أَمۡرٍ حَكِيمٍ ﴿4﴾

Hər bir hikmətli iş o ge­cədə ayırd edilir –

44:5

أَمۡرٗا مِّنۡ عِندِنَآۚ إِنَّا كُنَّا مُرۡسِلِينَ ﴿5﴾

dərgahımızdan vəhy edi­lən əmr ilə. Həqiqətən, kitab­ları və el­çi­ləri Biz göndəririk –

44:6

رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ﴿6﴾

sənin Rəbbindən mərhə­mət olaraq. Şübhəsiz ki, O, Eşidən­dir, Biləndir.

44:7

رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ ﴿7﴾

Əgər yəqinliklə inanırsı­nızsa, bilin ki, Allah göylərin, yerin və on­ların ara­sında olan­ların Rəbbidir.

44:8

لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ﴿8﴾

Ondan başqa ibadətə layiq olan mə­bud yoxdur. O həm di­ril­dir, həm də öl­dü­rür. O həm sizin Rəbbiniz, həm də əcdad­larınızın Rəb­bi­dir.

44:9

بَلۡ هُمۡ فِي شَكّٖ يَلۡعَبُونَ ﴿9﴾

Lakin onlar şəkkə qapılıb əylə­nir­lər.

44:10

فَٱرۡتَقِبۡ يَوۡمَ تَأۡتِي ٱلسَّمَآءُ بِدُخَانٖ مُّبِينٖ ﴿10﴾

Sən göydən aşkar bir tüs­tü gə­lə­cəyi günü gözlə.

44:11

يَغۡشَى ٱلنَّاسَۖ هَٰذَا عَذَابٌ أَلِيمٞ ﴿11﴾

O tüstü ki, insanları bü­rüyəcək­. Bu, ağrılı-acılı bir əzab­dır.

44:12

رَّبَّنَا ٱكۡشِفۡ عَنَّا ٱلۡعَذَابَ إِنَّا مُؤۡمِنُونَ ﴿12﴾

Onlar: “Ey Rəbbimiz! Bi­zi bu əzab­dan qurtar, biz də iman gə­tirək”– deyəcəklər.

44:13

أَنَّىٰ لَهُمُ ٱلذِّكۡرَىٰ وَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مُّبِينٞ ﴿13﴾

Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aş­kar bir peyğəmbər gəl­sə də,

44:14

ثُمَّ تَوَلَّوۡاْ عَنۡهُ وَقَالُواْ مُعَلَّمٞ مَّجۡنُونٌ ﴿14﴾

onlar ondan üz çevirib: “Öyrə­dilmiş bir dəlidir!”– de­dilər.

44:15

إِنَّا كَاشِفُواْ ٱلۡعَذَابِ قَلِيلًاۚ إِنَّكُمۡ عَآئِدُونَ ﴿15﴾

Biz əzabı bir az sizdən uzaq­laş­dı­rarıq, amma siz yenə az­ğın­lı­ğa qayıda­caqsınız.

44:16

يَوۡمَ نَبۡطِشُ ٱلۡبَطۡشَةَ ٱلۡكُبۡرَىٰٓ إِنَّا مُنتَقِمُونَ ﴿16﴾

Kafirləri böyük bir mü­si­bətlə ya­xalayacağımız gün, Biz on­lar­dan inti­qam alacağıq.

44:17

وَلَقَدۡ فَتَنَّا قَبۡلَهُمۡ قَوۡمَ فِرۡعَوۡنَ وَجَآءَهُمۡ رَسُولٞ كَرِيمٌ ﴿17﴾

Biz onlardan əvvəl Firo­nun xal­qını da sınadıq. Onlara möh­tə­rəm bir elçi gəldi.

44:18

أَنۡ أَدُّوٓاْ إِلَيَّ عِبَادَ ٱللَّهِۖ إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ ﴿18﴾

O dedi: “Allahın qulla­rı­nı mənə qaytarın. Həqiqətən, mən si­zin üçün etibarlı bir el­çiyəm.