quranm◉

Səhifə 497

Range
from 44:19 to 44:39
Surahs covered
Tərcümə
21 Tərcümə

◉

44:19

وَأَن لَّا تَعۡلُواْ عَلَى ٱللَّهِۖ إِنِّيٓ ءَاتِيكُم بِسُلۡطَٰنٖ مُّبِينٖ ﴿19﴾

Allaha qarşı təkəbbür gös­tər­mə­yin. Həqiqətən, mən sizə ay­dın bir sü­but gətir­mişəm.

44:20

وَإِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُمۡ أَن تَرۡجُمُونِ ﴿20﴾

Mən sizin məni daşa bas­­manızdan həm mənim Rəbbim, həm də sizin Rəb­biniz olan Alla­ha sığınıram.

44:21

وَإِن لَّمۡ تُؤۡمِنُواْ لِي فَٱعۡتَزِلُونِ ﴿21﴾

Əgər mənə inanmırsı­nız­sa, onda məndən uzaq olun!”

44:22

فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَـٰٓؤُلَآءِ قَوۡمٞ مُّجۡرِمُونَ ﴿22﴾

Sonra o, Rəbbinə yalva­rıb dedi: “Həqiqətən, bunlar gü­nah­kar adamlar­dır!”

44:23

فَأَسۡرِ بِعِبَادِي لَيۡلًا إِنَّكُم مُّتَّبَعُونَ ﴿23﴾

Allah buyurdu: “Qullarımla birlikdə gecə yola çıx. Şüb­hə­siz ki, siz təqib olu­nacaqsınız.

44:24

وَٱتۡرُكِ ٱلۡبَحۡرَ رَهۡوًاۖ إِنَّهُمۡ جُندٞ مُّغۡرَقُونَ ﴿24﴾

Dənizi də sakit burax! Onlar su­da batırılacaq əsgər­lərdir!”

44:25

كَمۡ تَرَكُواْ مِن جَنَّـٰتٖ وَعُيُونٖ ﴿25﴾

Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər,

44:26

وَزُرُوعٖ وَمَقَامٖ كَرِيمٖ ﴿26﴾

habelə əkinlər, möhtə­şəm yerlər

44:27

وَنَعۡمَةٖ كَانُواْ فِيهَا فَٰكِهِينَ ﴿27﴾

və içində həzz aldıqları nemət­lə­ri də qoyub getdilər.

44:28

كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا قَوۡمًا ءَاخَرِينَ ﴿28﴾

Bax belə! Biz o nemət­lərə başqa­la­rını varis etdik.

44:29

فَمَا بَكَتۡ عَلَيۡهِمُ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ وَمَا كَانُواْ مُنظَرِينَ ﴿29﴾

Nə göy, nə də yer on­lar­dan ötrü ağlamadı. Onlara möh­lət də verilmədi.

44:30

وَلَقَدۡ نَجَّيۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ مِنَ ٱلۡعَذَابِ ٱلۡمُهِينِ ﴿30﴾

Artıq İsrail oğullarını al­çaldıcı əzabdan qurtardıq –

44:31

مِن فِرۡعَوۡنَۚ إِنَّهُۥ كَانَ عَالِيٗا مِّنَ ٱلۡمُسۡرِفِينَ ﴿31﴾

Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşan­lar­dan idi.

44:32

وَلَقَدِ ٱخۡتَرۡنَٰهُمۡ عَلَىٰ عِلۡمٍ عَلَى ٱلۡعَٰلَمِينَ ﴿32﴾

Biz İsrail oğulla­rını Öz el­mimizlə aləmlərdən üstün etdik.

44:33

وَءَاتَيۡنَٰهُم مِّنَ ٱلۡأٓيَٰتِ مَا فِيهِ بَلَـٰٓؤٞاْ مُّبِينٌ ﴿33﴾

Onlara içində açıq-ay­dın imtahan olan dəlillər verdik.

44:34

إِنَّ هَـٰٓؤُلَآءِ لَيَقُولُونَ ﴿34﴾

Bunlar mütləq deyəcək­lər:

44:35

إِنۡ هِيَ إِلَّا مَوۡتَتُنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُنشَرِينَ ﴿35﴾

“Bizim ancaq bircə ölü­mümüz var. Biz bir daha diril­dil­mə­yə­­cəyik.

44:36

فَأۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿36﴾

Əgər doğru deyir­siniz­sə, onda atalarımızı dirildib gəti­rin!”

44:37

أَهُمۡ خَيۡرٌ أَمۡ قَوۡمُ تُبَّعٖ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡ أَهۡلَكۡنَٰهُمۡۚ إِنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ ﴿37﴾

Bunlar yaxşıdır, yoxsa Tubba tay­fası və onlardan əv­vəl­ki­lər? Biz onları məhv et­dik. Çünki onlar günahkar adam­lar idi.

44:38

وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ ﴿38﴾

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə ya­rat­madıq.

44:39

مَا خَلَقۡنَٰهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ﴿39﴾

Biz onları haqq olaraq ya­rat­dıq, lakin çoxları bunu bil­mir.