quranm◉

Səhifə 5

Range
from 2:25 to 2:29
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

2:25

وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ أَنَّ لَهُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ كُلَّمَا رُزِقُواْ مِنۡهَا مِن ثَمَرَةٖ رِّزۡقٗا قَالُواْ هَٰذَا ٱلَّذِي رُزِقۡنَا مِن قَبۡلُۖ وَأُتُواْ بِهِۦ مُتَشَٰبِهٗاۖ وَلَهُمۡ فِيهَآ أَزۡوَٰجٞ مُّطَهَّرَةٞۖ وَهُمۡ فِيهَا خَٰلِدُونَ ﴿25﴾

İman gətirib saleh əməl­lər edən­lərə müjdə ver ki, on­lar­ üçün al­tından çaylar axan cən­nətlər var­dır. Hər dəfə onun mey­və­lə­rindən on­lara ruzi veril­dikdə: “Bu ki, əv­vəllər bizə ve­rilən ruzilərdəndir!”– de­yə­cək­lər. Hal­bu­ki on­lara onun oxşarı verilə­cəkdir. On­lar üçün orada pak zöv­cə­lər vardır və onlar ora­da əbədi qala­caq­lar.

2:26

إِنَّ ٱللَّهَ لَا يَسۡتَحۡيِۦٓ أَن يَضۡرِبَ مَثَلٗا مَّا بَعُوضَةٗ فَمَا فَوۡقَهَاۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ فَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۖ وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۘ يُضِلُّ بِهِۦ كَثِيرٗا وَيَهۡدِي بِهِۦ كَثِيرٗاۚ وَمَا يُضِلُّ بِهِۦٓ إِلَّا ٱلۡفَٰسِقِينَ ﴿26﴾

Heç şübhəsiz ki, Allah ağca­qa­nadı və on­dan da kiçik olanı məsəl çəkmək­dən utan­maz. İman gə­tirənlər bilir­lər ki, bu, on­ların Rəbbindən gələn haq­dır. Küfr edən­lər isə deyir­lər: “Bu mə­səl­lə Allah nə de­mək istəyir?” Hal­buki Allah bu­nun­la bir çox­larını sap­dırır, bir çox­la­rı­nı da haqq yoluna yö­nəl­dir. O, bu­nunla məhz fasiqləri sapdırır.

2:27

ٱلَّذِينَ يَنقُضُونَ عَهۡدَ ٱللَّهِ مِنۢ بَعۡدِ مِيثَٰقِهِۦ وَيَقۡطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ﴿27﴾

O kəsləri ki, Allahla əhd-pey­man bağladıqdan sonra onu po­zur, Allahın birləşdirilməsini əmr etdi­yini kə­sir və yer üzündə fit­nə-fəsad törə­dirlər. Məhz on­lar ziyana uğ­rayan­lardır!

2:28

كَيۡفَ تَكۡفُرُونَ بِٱللَّهِ وَكُنتُمۡ أَمۡوَٰتٗا فَأَحۡيَٰكُمۡۖ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ﴿28﴾

Allaha necə küfr edir­si­niz ki, siz ölü idiniz, O sizi di­riltdi?! Sonra O sizi öldürə­cək, sonra di­rildəcək, sonra da siz Ona qaytarı­la­caq­­sınız.

2:29

هُوَ ٱلَّذِي خَلَقَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ فَسَوَّىٰهُنَّ سَبۡعَ سَمَٰوَٰتٖۚ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿29﴾

Yer üzündə olanların ha­­­mısını sizin üçün xəlq edən, son­ra gö­yə ucalıb onu yed­di qat göy edən Odur. O, hər şeyi bilir.