quranm◉

Səhifə 6

Range
from 2:30 to 2:37
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

2:30

وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَـٰٓئِكَةِ إِنِّي جَاعِلٞ فِي ٱلۡأَرۡضِ خَلِيفَةٗۖ قَالُوٓاْ أَتَجۡعَلُ فِيهَا مَن يُفۡسِدُ فِيهَا وَيَسۡفِكُ ٱلدِّمَآءَ وَنَحۡنُ نُسَبِّحُ بِحَمۡدِكَ وَنُقَدِّسُ لَكَۖ قَالَ إِنِّيٓ أَعۡلَمُ مَا لَا تَعۡلَمُونَ ﴿30﴾

Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə bər­qə­rar edə­cə­yəm!”– de­dik­də, on­lar: “Biz Səni həmd-səna ilə tə­rif­lə­di­yimiz və Səni müqəd­dəs tut­du­ğumuz halda, Sən ora­da, fəsad tö­rədib qan tökəcək kəsmi bərqərar edəcək­sən?”– dedilər. O buyurdu: “Şüb­­həsiz ki, Mən sizin bil­mədik­lərinizi bi­lirəm!”

2:31

وَعَلَّمَ ءَادَمَ ٱلۡأَسۡمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمۡ عَلَى ٱلۡمَلَـٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِي بِأَسۡمَآءِ هَـٰٓؤُلَآءِ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿31﴾

Allah Adəmə bütün şey­lə­rin adla­rını öyrətdi. Sonra on­ları mə­lək­lərə gös­tərib dedi: “Doğru deyirsinizsə, bun­­ların adla­rını Mənə bildirin!”

2:32

قَالُواْ سُبۡحَٰنَكَ لَا عِلۡمَ لَنَآ إِلَّا مَا عَلَّمۡتَنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ﴿32﴾

Onlar dedilər: “Sən pak və mü­qəddəssən! Sənin bizə öyrət­dik­lərindən başqa bizdə heç bir bilik yoxdur! Hə­qi­qə­tən, Sən Bi­lənsən, Müdrik­sən!”

2:33

قَالَ يَـٰٓـَٔادَمُ أَنۢبِئۡهُم بِأَسۡمَآئِهِمۡۖ فَلَمَّآ أَنۢبَأَهُم بِأَسۡمَآئِهِمۡ قَالَ أَلَمۡ أَقُل لَّكُمۡ إِنِّيٓ أَعۡلَمُ غَيۡبَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَأَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا كُنتُمۡ تَكۡتُمُونَ ﴿33﴾

Allah buyurdu: “Ey Adəm, bun­­la­rın adlarını onlara bil­dir!” O, bun­la­rın adla­rını onlara bil­dir­dikdə Allah buyurdu: “Mən sizə de­mə­dimmi ki, göy­lərdə və yer­də olan qeybi, aşkara çıxart­dı­ğı­nızı və gizli saxladığınızı bi­li­rəm?!”

2:34

وَإِذۡ قُلۡنَا لِلۡمَلَـٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ وَٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ ﴿34﴾

Bir zaman Biz mələk­lə­rə: “Adə­mə səcdə edin!”– de­dikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib tə­kəbbür göstərdi və kafir­ oldu.

2:35

وَقُلۡنَا يَـٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ وَكُلَا مِنۡهَا رَغَدًا حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّـٰلِمِينَ ﴿35﴾

Biz dedik: “Ey Adəm! Sən zöv­cənlə birlikdə Cən­nət­də sa­kin ol və ora­da rahat­lıqla nemət­ləri­miz­dən istə­diyi­niz yer­də yeyin için, təkcə bu ağaca ya­xınlaşma­yın! Yoxsa zalım­lar­dan olarsı­nız.”

2:36

فَأَزَلَّهُمَا ٱلشَّيۡطَٰنُ عَنۡهَا فَأَخۡرَجَهُمَا مِمَّا كَانَا فِيهِۖ وَقُلۡنَا ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ﴿36﴾

Şeytan isə o ağacla on­la­rı çaşdı­rıb ol­duqları yer­dən çı­xart­dı. Biz de­dik: “Bir-biri­nizə düş­mən ola­raq aşağı enin! Yer­də si­zin üçün müəy­yən olun­muş vax­ta­dək məskən və gün-güzəran var­dır.”

2:37

فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٖ فَتَابَ عَلَيۡهِۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ﴿37﴾

Adəm tövbə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi, O da onun töv­bəsini qəbul et­di. Həqiqətən də, O, töv­bələri qəbul edən­dir, Rəhmlidir.