quranm◉

Səhifə 503

Range
from 46:6 to 46:14
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

46:6

وَإِذَا حُشِرَ ٱلنَّاسُ كَانُواْ لَهُمۡ أَعۡدَآءٗ وَكَانُواْ بِعِبَادَتِهِمۡ كَٰفِرِينَ ﴿6﴾

İnsanlar bir yerə toplanacaqları zaman bütlər onlara düş­mən kə­siləcək və onların ibadətini inkar edəcəklər.

46:7

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلۡحَقِّ لَمَّا جَآءَهُمۡ هَٰذَا سِحۡرٞ مُّبِينٌ ﴿7﴾

Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqi­qətin gəl­diyini görüb onu in­kar edən kafirlər: “Bu, açıq bir sehrdir!”– de­yirlər.

46:8

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ إِنِ ٱفۡتَرَيۡتُهُۥ فَلَا تَمۡلِكُونَ لِي مِنَ ٱللَّهِ شَيۡـًٔاۖ هُوَ أَعۡلَمُ بِمَا تُفِيضُونَ فِيهِۚ كَفَىٰ بِهِۦ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۖ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ﴿8﴾

Yaxud: “O bunu özündən uydur­muş­­dur!” – deyirlər. De: “Əgər mən onu uy­durmu­şam­sa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bil­məz­si­niz. O sizin Quran haqqındakı söz-söh­bət­ləri­nizi daha yaxşı bilir. Mənim­lə si­zin ara­nızda şahid kimi Allah yetər. O, Ba­ğış­la­yandır, Rəhmlidir”.

46:9

قُلۡ مَا كُنتُ بِدۡعٗا مِّنَ ٱلرُّسُلِ وَمَآ أَدۡرِي مَا يُفۡعَلُ بِي وَلَا بِكُمۡۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّ وَمَآ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ ﴿9﴾

De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olu­na­na tabe olu­ram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”

46:10

قُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ وَكَفَرۡتُم بِهِۦ وَشَهِدَ شَاهِدٞ مِّنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ عَلَىٰ مِثۡلِهِۦ فَـَٔامَنَ وَٱسۡتَكۡبَرۡتُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿10﴾

De: “Bir deyin görək, əgər bu Qu­ran Allah tərəfin­dən­dir­sə və siz də onu inkar etmi­si­niz­sə, İsrail oğullarından da bir şahid onun bənzərinə şa­hidlik edib iman gətiribsə, siz isə tə­kəbbür gös­tər­misi­nizsə, zülm et­­miş olmazsınızmı? Allah zalım­ları doğru yola yö­nəlt­məz!”

46:11

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُواْ لَوۡ كَانَ خَيۡرٗا مَّا سَبَقُونَآ إِلَيۡهِۚ وَإِذۡ لَمۡ يَهۡتَدُواْ بِهِۦ فَسَيَقُولُونَ هَٰذَآ إِفۡكٞ قَدِيمٞ ﴿11﴾

Kafirlər möminlərə de­di­lər: “Əgər Quran xeyirli bir şey ol­say­dı, onlar bun­da bizi qabaqlaya bilməzdilər!” Onlar bu­nunla doğ­ru yola gəlmə­dik­ləri üçün: “Bu, köhnə yalan­dır!”– deyəcəklər.

46:12

وَمِن قَبۡلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامٗا وَرَحۡمَةٗۚ وَهَٰذَا كِتَٰبٞ مُّصَدِّقٞ لِّسَانًا عَرَبِيّٗا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُواْ وَبُشۡرَىٰ لِلۡمُحۡسِنِينَ ﴿12﴾

Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Ki­tabı var idi. Bu isə za­lımları qor­xut­maq və yaxşı iş görənlərə müjdə ver­mək üçün ərəb di­lin­də nazil edilmiş, əvvəlkiləri təs­diq edən bir Ki­tab­dır.

46:13

إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿13﴾

Həqiqətən də: “Rəbbi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tanla­ra heç bir qorxu yoxdur və onlar kədər­lənmə­yəcəklər.

46:14

أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِ خَٰلِدِينَ فِيهَا جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ﴿14﴾

Onlar Cənnət əhlidirlər və etdik­ləri əməllərin əvəzi ola­raq ora­da əbədi qalacaqlar.