quranm◉

Səhifə 504

Range
from 46:15 to 46:20
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

46:15

وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ إِحۡسَٰنًاۖ حَمَلَتۡهُ أُمُّهُۥ كُرۡهٗا وَوَضَعَتۡهُ كُرۡهٗاۖ وَحَمۡلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهۡرًاۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرۡبَعِينَ سَنَةٗ قَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَصۡلِحۡ لِي فِي ذُرِّيَّتِيٓۖ إِنِّي تُبۡتُ إِلَيۡكَ وَإِنِّي مِنَ ٱلۡمُسۡلِمِينَ ﴿15﴾

Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə et­dik. Ana­sı onu bət­nində əziy­yətlə daşımış və əziyyətlə doğ­­muşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nə­hayət, o, yet­kinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəb­bim! Mənə, mə­nim özümə və va­li­deynlərimə bəxş etdiyin ne­mə­tə şükür et­mək və Sənin razı qa­la­cağın yaxşı işləri görmək üçün il­ham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə et­dim. Həqiqətən, mən müsəl­manlardanam!”

46:16

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ نَتَقَبَّلُ عَنۡهُمۡ أَحۡسَنَ مَا عَمِلُواْ وَنَتَجَاوَزُ عَن سَيِّـَٔاتِهِمۡ فِيٓ أَصۡحَٰبِ ٱلۡجَنَّةِۖ وَعۡدَ ٱلصِّدۡقِ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ ﴿16﴾

Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, gü­nah­la­rından keçə­cəyimiz və Cənnət əhli içərisinə daxil edə­cəyimiz kim­sələrdir. Bu, onlara ve­rilmiş doğru vəddir.

46:17

وَٱلَّذِي قَالَ لِوَٰلِدَيۡهِ أُفّٖ لَّكُمَآ أَتَعِدَانِنِيٓ أَنۡ أُخۡرَجَ وَقَدۡ خَلَتِ ٱلۡقُرُونُ مِن قَبۡلِي وَهُمَا يَسۡتَغِيثَانِ ٱللَّهَ وَيۡلَكَ ءَامِنۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ فَيَقُولُ مَا هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ﴿17﴾

Kimisi də ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nə­sil gəlib-getdiyi hal­da, siz məni qəbirdən çıxarı­la­cağımlamı hə­dələyirsiniz?”– de­yər. On­lar Allahdan yardım di­ləyərək: “Vay sə­­nin halına! İman gətir, Allahın vədi haq­dır!”– deyərlər. O isə: “Bu, keç­miş­də­kilərin əfsanələrindən başqa bir şey deyildir!”– de­yər.

46:18

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ حَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ إِنَّهُمۡ كَانُواْ خَٰسِرِينَ ﴿18﴾

Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və in­sanlardan ibarət olan xalq­lar haqqındakı Söz on­ların ba­rəsində də ger­çəkləşmişdir. Hə­qiqətən də, onlar ziyana uğ­ra­yanlardır.

46:19

وَلِكُلّٖ دَرَجَٰتٞ مِّمَّا عَمِلُواْۖ وَلِيُوَفِّيَهُمۡ أَعۡمَٰلَهُمۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ﴿19﴾

Hamının etdiyi əməllərə görə də­rəcələri var ki, Allah on­la­ra əməl­lə­ri­nin əvəzini ver­sin. Onlara əsla zülm edilməz.

46:20

وَيَوۡمَ يُعۡرَضُ ٱلَّذِينَ كَفَرُواْ عَلَى ٱلنَّارِ أَذۡهَبۡتُمۡ طَيِّبَٰتِكُمۡ فِي حَيَاتِكُمُ ٱلدُّنۡيَا وَٱسۡتَمۡتَعۡتُم بِهَا فَٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَسۡتَكۡبِرُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَفۡسُقُونَ ﴿20﴾

Kafirlər Odun qarşısına gətiri­lə­cəkləri gün onlara deyi­lə­cək­: “Siz dün­ya həyatı­nızda pak nemətlərinizi sərf edib qur­tar­dı­nız və onlardan zövq al­dı­nız. Bu gün isə siz yer üzündə haqsız ola­raq tə­kəbbür göstər­diyinizə və asi olduğu­nu­za gö­rə alçaldıcı əzab­la cə­za­landırı­la­caq­sınız!”