quranm◉

Səhifə 506

Range
from 46:29 to 46:35
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

46:29

وَإِذۡ صَرَفۡنَآ إِلَيۡكَ نَفَرٗا مِّنَ ٱلۡجِنِّ يَسۡتَمِعُونَ ٱلۡقُرۡءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓاْ أَنصِتُواْۖ فَلَمَّا قُضِيَ وَلَّوۡاْ إِلَىٰ قَوۡمِهِم مُّنذِرِينَ ﴿29﴾

Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin ya­nı­na yolladıq. Onlar onu din­ləməyə gəldikdə bir-birinə: “Su­sun, qulaq asaq!”– dedilər. Qu­ran oxunub qurtardıqdan sonra isə xəbər­dar et­mək məq­sədilə öz tayfalarının yanına qayıtdı­lar.

46:30

قَالُواْ يَٰقَوۡمَنَآ إِنَّا سَمِعۡنَا كِتَٰبًا أُنزِلَ مِنۢ بَعۡدِ مُوسَىٰ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّ وَإِلَىٰ طَرِيقٖ مُّسۡتَقِيمٖ ﴿30﴾

Onlar dedilər: “Ey qöv­mümüz! Biz, həqiqətən də, Mu­sadan sonra nazil edilmiş, özün­dən əvvəlkiləri təsdiqlə­yən, haq­qa və düz yola yönəl­dən bir Ki­tab dinlədik!

46:31

يَٰقَوۡمَنَآ أَجِيبُواْ دَاعِيَ ٱللَّهِ وَءَامِنُواْ بِهِۦ يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُجِرۡكُم مِّنۡ عَذَابٍ أَلِيمٖ ﴿31﴾

Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, Allah günah­la­rınızı bağışlasın və sizi ağrılı-acılı əzab­dan qur­tarsın!”

46:32

وَمَن لَّا يُجِبۡ دَاعِيَ ٱللَّهِ فَلَيۡسَ بِمُعۡجِزٖ فِي ٱلۡأَرۡضِ وَلَيۡسَ لَهُۥ مِن دُونِهِۦٓ أَوۡلِيَآءُۚ أُوْلَـٰٓئِكَ فِي ضَلَٰلٖ مُّبِينٍ ﴿32﴾

Allahın dəvətçisini qə­bul etmə­yən kimsə yer üzün­də Allah­dan yaxa qurtara bil­məz və Ondan başqa onun hima­yəçi dostları da ol­maz. On­lar aş­kar azğınlıq içindədirlər.

46:33

أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَلَمۡ يَعۡيَ بِخَلۡقِهِنَّ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰۚ بَلَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴿33﴾

Məgər onlar göyləri və yeri yara­dan, onları yarat­maq­la yo­rul­ma­yan Allahın ölüləri də diriltməyə qadir ol­duğunu gör­mür­lər­mi? Sözsüz ki, O, hər şeyə qadirdir.

46:34

وَيَوۡمَ يُعۡرَضُ ٱلَّذِينَ كَفَرُواْ عَلَى ٱلنَّارِ أَلَيۡسَ هَٰذَا بِٱلۡحَقِّۖ قَالُواْ بَلَىٰ وَرَبِّنَاۚ قَالَ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ ﴿34﴾

Kafirlər Odun qarşısına gətiri­lə­cəkləri gün onlara: “Mə­gər bu, həqiqət deyilmi?”– de­yiləcək. Onlar: “Bəli, Rəb­bi­mizə and ol­sun ki, hə­qi­qət­dir!”– deyəcəklər. Allah da: “Küfr et­diyinizə görə da­dın əzabı!”– de­yəcək.

46:35

فَٱصۡبِرۡ كَمَا صَبَرَ أُوْلُواْ ٱلۡعَزۡمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسۡتَعۡجِل لَّهُمۡۚ كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَ مَا يُوعَدُونَ لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا سَاعَةٗ مِّن نَّهَارِۭۚ بَلَٰغٞۚ فَهَلۡ يُهۡلَكُ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡفَٰسِقُونَ ﴿35﴾

Elçilərdən möhkəm iradə sahib­lə­rinin səbir etdiyi kimi, sən də səbir et! Onlara əzabın tez gəlməsini istəmə. On­lar vəd olun­du­ğu­nu görəcəkləri gün gündüzün bircə saatı qədər qal­dıqlarını sa­na­caqlar. Bu, bir təb­liğdir. Heç fasiq adamlardan başqası məhv edi­lərmi?