quranm◉

Səhifə 505

Range
from 46:21 to 46:28
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

46:21

وَٱذۡكُرۡ أَخَا عَادٍ إِذۡ أَنذَرَ قَوۡمَهُۥ بِٱلۡأَحۡقَافِ وَقَدۡ خَلَتِ ٱلنُّذُرُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦٓ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ ﴿21﴾

Ad tayfasının qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qum­sal təpələrdə ya­şayan tayfasını: “Allah­dan başqasına ibadət et­məyin. Mən si­zə üz verəcək əzə­mətli günün əzabın­dan qor­xu­ram!” deyə xəbərdar et­mişdi.

46:22

قَالُوٓاْ أَجِئۡتَنَا لِتَأۡفِكَنَا عَنۡ ءَالِهَتِنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿22﴾

Onlar isə demişdilər: “Sən bizi məbudlarımızdan dön­dər­mə­yəmi gəl­din? Əgər doğru danışanlar­dan­sansa, bizə vəd et­di­yi­ni gətir!”

46:23

قَالَ إِنَّمَا ٱلۡعِلۡمُ عِندَ ٱللَّهِ وَأُبَلِّغُكُم مَّآ أُرۡسِلۡتُ بِهِۦ وَلَٰكِنِّيٓ أَرَىٰكُمۡ قَوۡمٗا تَجۡهَلُونَ ﴿23﴾

Hud dedi: “Bu haqda bil­gi ancaq Allaha məxsusdur. Mən si­zə yalnız mə­nimlə gön­dərilənləri təbliğ edirəm. La­kin mən sizin ca­hil adamlar ol­du­ğu­nu­zu görürəm”.

46:24

فَلَمَّا رَأَوۡهُ عَارِضٗا مُّسۡتَقۡبِلَ أَوۡدِيَتِهِمۡ قَالُواْ هَٰذَا عَارِضٞ مُّمۡطِرُنَاۚ بَلۡ هُوَ مَا ٱسۡتَعۡجَلۡتُم بِهِۦۖ رِيحٞ فِيهَا عَذَابٌ أَلِيمٞ ﴿24﴾

Nəhayət, o əzabı vadilə­ri­nə doğru gələn bir bu­lud şək­lində gör­dük­də: “Bu bizə ya­ğış yağdıracaq bulud­dur!”– de­di­lər. Hud de­di: “Xeyr! Bu si­zin tez gəl­məsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!

46:25

تُدَمِّرُ كُلَّ شَيۡءِۭ بِأَمۡرِ رَبِّهَا فَأَصۡبَحُواْ لَا يُرَىٰٓ إِلَّا مَسَٰكِنُهُمۡۚ كَذَٰلِكَ نَجۡزِي ٱلۡقَوۡمَ ٱلۡمُجۡرِمِينَ ﴿25﴾

O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcək­!” On­lar elə məhv oldular ki, evlərindən başqa heç bir şey gö­rün­mə­di. Biz günahkar adam­ları belə cəzalandırırıq.

46:26

وَلَقَدۡ مَكَّنَّـٰهُمۡ فِيمَآ إِن مَّكَّنَّـٰكُمۡ فِيهِ وَجَعَلۡنَا لَهُمۡ سَمۡعٗا وَأَبۡصَٰرٗا وَأَفۡـِٔدَةٗ فَمَآ أَغۡنَىٰ عَنۡهُمۡ سَمۡعُهُمۡ وَلَآ أَبۡصَٰرُهُمۡ وَلَآ أَفۡـِٔدَتُهُم مِّن شَيۡءٍ إِذۡ كَانُواْ يَجۡحَدُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿26﴾

Sizə vermədiyimiz im­kanları Biz onlara vermişdik. Onlara qu­laq, göz və qəlb ver­mişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlb­ləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayə­lə­ri­ni inkar edirdilər. Onları ələ sal­dıqları əzab bürüdü.

46:27

وَلَقَدۡ أَهۡلَكۡنَا مَا حَوۡلَكُم مِّنَ ٱلۡقُرَىٰ وَصَرَّفۡنَا ٱلۡأٓيَٰتِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿27﴾

Biz sizin ətrafınızda olan şə­hərlə­ri məhv etdik. Biz ayə­ləri on­lara müx­tə­lif cür izah et­dik ki, bəlkə küfrdən əl çə­kələr.

46:28

فَلَوۡلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ قُرۡبَانًا ءَالِهَةَۢۖ بَلۡ ضَلُّواْ عَنۡهُمۡۚ وَذَٰلِكَ إِفۡكُهُمۡ وَمَا كَانُواْ يَفۡتَرُونَ ﴿28﴾

Bəs nəyə görə Allahı qo­yub Ona yaxınlaşmaq məq­sə­dilə ila­hi­ləşdir­dik­lə­ri tanrı­lar onlara kömək etmədi? Ək­si­nə, onlardan uzaq­la­şıb yox oldu­lar. Bu, onların iftiraları və uy­durmalarıdır.