quranm◉

Səhifə 508

Range
from 47:12 to 47:19
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

47:12

إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَٱلَّذِينَ كَفَرُواْ يَتَمَتَّعُونَ وَيَأۡكُلُونَ كَمَا تَأۡكُلُ ٱلۡأَنۡعَٰمُ وَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡ ﴿12﴾

Allah iman gətirib yaxşı işlər gö­rənləri ağacları altın­dan çay­lar axan cən­nətlərdə yerləşdirər. Kafirlər isə mü­vəq­qəti ola­raq kef çəkər, heyvan ki­mi yeyib-içərlər. On­ların yeri Oddur!

47:13

وَكَأَيِّن مِّن قَرۡيَةٍ هِيَ أَشَدُّ قُوَّةٗ مِّن قَرۡيَتِكَ ٱلَّتِيٓ أَخۡرَجَتۡكَ أَهۡلَكۡنَٰهُمۡ فَلَا نَاصِرَ لَهُمۡ ﴿13﴾

Səni qovub çıxaran məm­ləkətindən daha qüvvətli neçə-ne­çə məmləkət var idi ki, Biz onları məhv etdik və on­lara bir kö­mək edən də olmadı.

47:14

أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُم ﴿14﴾

Məgər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə isti­nad edən kim­sə pis əməli özü­nə gözəl gös­tərilən və öz nəfs­lərinə uyan kim­sə­lər kimi ola bi­lər­mi?!

47:15

مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ فِيهَآ أَنۡهَٰرٞ مِّن مَّآءٍ غَيۡرِ ءَاسِنٖ وَأَنۡهَٰرٞ مِّن لَّبَنٖ لَّمۡ يَتَغَيَّرۡ طَعۡمُهُۥ وَأَنۡهَٰرٞ مِّنۡ خَمۡرٖ لَّذَّةٖ لِّلشَّـٰرِبِينَ وَأَنۡهَٰرٞ مِّنۡ عَسَلٖ مُّصَفّٗىۖ وَلَهُمۡ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغۡفِرَةٞ مِّن رَّبِّهِمۡۖ كَمَنۡ هُوَ خَٰلِدٞ فِي ٱلنَّارِ وَسُقُواْ مَآءً حَمِيمٗا فَقَطَّعَ أَمۡعَآءَهُمۡ ﴿15﴾

Müttəqilərə vəd olunan Cən­nə­tin vəsfi belədir; orada xa­rab ol­mayan sudan çaylar, dadı dəyişməyən süd­dən çay­lar, içənlərə ləz­zət verən şə­rab­dan çaylar və süzülmüş bal­dan çaylar var­dır. Ora­da onları hər cür meyvə və Rəb­bi tərəfindən bağışlanma göz­lə­yir. Mə­gər on­lar od içində əbədi qalan və ba­ğır­saqlarını parça-par­ça edən qay­nar su içir­diləcək kimsələr kimi ola bilər­lər­mi?

47:16

وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَ حَتَّىٰٓ إِذَا خَرَجُواْ مِنۡ عِندِكَ قَالُواْ لِلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مَاذَا قَالَ ءَانِفًاۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡ ﴿16﴾

Onların arasında səni din­lə­yən­lər də var. Nəhayət sə­nin ya­nın­dan çıxdıq­da özlərinə elm verilmiş kimsələrə is­tehza ilə de­yər­lər: “O, bayaq nə de­yir­di?” Bunlar o kəslərdir ki, Allah onların qəl­binə möhür vurmuş, özləri də nəfs­lərinə tabe ol­muş­lar.

47:17

وَٱلَّذِينَ ٱهۡتَدَوۡاْ زَادَهُمۡ هُدٗى وَءَاتَىٰهُمۡ تَقۡوَىٰهُمۡ ﴿17﴾

Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hi­dayətini ar­tırar və on­ları təq­valı olmağa müvəffəq edər.

47:18

فَهَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗۖ فَقَدۡ جَآءَ أَشۡرَاطُهَاۚ فَأَنَّىٰ لَهُمۡ إِذَا جَآءَتۡهُمۡ ذِكۡرَىٰهُمۡ ﴿18﴾

Məgər kafirlər o Saatın (Qiyamətin) qəfildən onlara gəlmə­sin­dən başqa bir şeymi göz­ləyirlər? Artıq onun əlamətləri gəl­miş­dir. O Saat on­la­ra gəlib yetiş­diyi za­man ibrət almaları nəyə yara­yar?

47:19

فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَٱللَّهُ يَعۡلَمُ مُتَقَلَّبَكُمۡ وَمَثۡوَىٰكُمۡ ﴿19﴾

Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yox­dur. Sən həm öz günah­la­rının, həm də mö­min kişilərlə mömin qa­dın­ların bağışlan­ma­sını dilə. Allah gə­zib-dolaş­dı­ğınız yeri də, ge­cə­­ləyəcəyiniz məskəni də bilir.