quranm◉

Səhifə 509

Range
from 47:20 to 47:29
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

47:20

وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُواْ لَوۡلَا نُزِّلَتۡ سُورَةٞۖ فَإِذَآ أُنزِلَتۡ سُورَةٞ مُّحۡكَمَةٞ وَذُكِرَ فِيهَا ٱلۡقِتَالُ رَأَيۡتَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يَنظُرُونَ إِلَيۡكَ نَظَرَ ٱلۡمَغۡشِيِّ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَأَوۡلَىٰ لَهُمۡ ﴿20﴾

Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- de­yirlər. Hök­mü bəlli bir surə na­zil olub orada döyüş yada salı­nan kimi qəl­bində xəstəlik olan­ların sənə ölüm ayağında ba­yı­lan kimsənin ba­xışı ilə bax­dıqlarını gö­rər­sən. Onlar üçün da­ha yaxşı olardı ki,

47:21

طَاعَةٞ وَقَوۡلٞ مَّعۡرُوفٞۚ فَإِذَا عَزَمَ ٱلۡأَمۡرُ فَلَوۡ صَدَقُواْ ٱللَّهَ لَكَانَ خَيۡرٗا لَّهُمۡ ﴿21﴾

itaət etsinlər və xoş söz söy­ləsin­lər. Cihada qəti əmr ve­rildiyi za­man Allaha sadiq qal­saydılar, əlbəttə ki, on­lar üçün daha yaxşı olar­dı.

47:22

فَهَلۡ عَسَيۡتُمۡ إِن تَوَلَّيۡتُمۡ أَن تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَتُقَطِّعُوٓاْ أَرۡحَامَكُمۡ ﴿22﴾

Əgər haqdan üz çevir­sə­niz, ola bil­sin ki, yer üzündə fitnə-fə­sad törə­də­si­niz və qo­humluq əlaqələrini kəsə­siniz.

47:23

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمۡ وَأَعۡمَىٰٓ أَبۡصَٰرَهُمۡ ﴿23﴾

Onlar Allahın lənətlə­di­yi, qulaq­larını kar, gözlərini də kor et­diyi kimsə­lərdir.

47:24

أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَ أَمۡ عَلَىٰ قُلُوبٍ أَقۡفَالُهَآ ﴿24﴾

Məgər onlar Quran haq­qında dü­şünmürlərmi? Yoxsa qəlb­lə­ri qıfıllıdır?

47:25

إِنَّ ٱلَّذِينَ ٱرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَٰرِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَى ٱلشَّيۡطَٰنُ سَوَّلَ لَهُمۡ وَأَمۡلَىٰ لَهُمۡ ﴿25﴾

Hidayət yolunu tanıdıq­dan sonra haqdan dönüb geriyə üz tu­tanlara şeytan günah iş­ləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi.

47:26

ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لِلَّذِينَ كَرِهُواْ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمۡ فِي بَعۡضِ ٱلۡأَمۡرِۖ وَٱللَّهُ يَعۡلَمُ إِسۡرَارَهُمۡ ﴿26﴾

Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edən­lə­rə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sir­lərini bilir.

47:27

فَكَيۡفَ إِذَا تَوَفَّتۡهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ ﴿27﴾

Bəs mələklər onların üz­lərinə və arxalarına vura-vura can­la­rını alanda onların halı necə olacaq?

47:28

ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُواْ مَآ أَسۡخَطَ ٱللَّهَ وَكَرِهُواْ رِضۡوَٰنَهُۥ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ ﴿28﴾

Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şe­yə uy­dular və Onun razı qal­dığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllə­rini boşa çıxartdı.

47:29

أَمۡ حَسِبَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخۡرِجَ ٱللَّهُ أَضۡغَٰنَهُمۡ ﴿29﴾

Yoxsa qəlblərində xəs­tə­lik olan­lar elə hesab edirdilər ki, Allah onların kin-küdurə­tini üzə çıxarmayacaq?