quranm◉

Səhifə 517

Range
from 49:12 to 49:18
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

49:12

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱجۡتَنِبُواْ كَثِيرٗا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعۡضَ ٱلظَّنِّ إِثۡمٞۖ وَلَا تَجَسَّسُواْ وَلَا يَغۡتَب بَّعۡضُكُم بَعۡضًاۚ أَيُحِبُّ أَحَدُكُمۡ أَن يَأۡكُلَ لَحۡمَ أَخِيهِ مَيۡتٗا فَكَرِهۡتُمُوهُۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ تَوَّابٞ رَّحِيمٞ ﴿12﴾

Ey iman gətirənlər! Zən­nə çox qa­pılmayın. Çünki zənn edi­lən­lərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-biri­nizin qey­bətini qırma­yın. Siz­dən biriniz ölmüş qardaşının ətini yemək is­təyərmi? Siz ki, bun­dan iyrənirsiniz. Allahdan qorxun! Həqi­qə­tən, Allah töv­bə­ləri qəbul edəndir, Rəhm­li­dir.

49:13

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقۡنَٰكُم مِّن ذَكَرٖ وَأُنثَىٰ وَجَعَلۡنَٰكُمۡ شُعُوبٗا وَقَبَآئِلَ لِتَعَارَفُوٓاْۚ إِنَّ أَكۡرَمَكُمۡ عِندَ ٱللَّهِ أَتۡقَىٰكُمۡۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرٞ ﴿13﴾

Ey insanlar! Biz sizi kişi və qadın­dan yaratdıq. Sonra bir-bi­ri­nizi tanıyası­nız deyə, si­zi xalqlara və qəbilələrə ayır­dıq. Şüb­hə­siz ki, Allah yanında ən hör­mətli olanınız Ondan ən çox qorxa­nı­nız­dır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbər­dardır.

49:14

قَالَتِ ٱلۡأَعۡرَابُ ءَامَنَّاۖ قُل لَّمۡ تُؤۡمِنُواْ وَلَٰكِن قُولُوٓاْ أَسۡلَمۡنَا وَلَمَّا يَدۡخُلِ ٱلۡإِيمَٰنُ فِي قُلُوبِكُمۡۖ وَإِن تُطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتۡكُم مِّنۡ أَعۡمَٰلِكُمۡ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ ﴿14﴾

Bədəvilər: “Biz iman gə­tirdik!”– dedilər. De: “Siz qəl­bən iman gətir­mə­di­niz! Ancaq: “Biz müsəlman olduq!”– de­yin. İman sizin qəlblər­inizə hələ daxil ol­mamışdır. Əgər Allaha və Onun El­çi­si­nə ita­ət etsəniz, O sizin əməllərinizdən heç bir şey əs­kiltməz. Şüb­hə­siz ki, Allah Bağışlayandır, Rəhmlidir!”

49:15

إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ لَمۡ يَرۡتَابُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلصَّـٰدِقُونَ ﴿15﴾

Möminlər ancaq Allaha və Onun Rəsuluna iman gətirən, son­ra heç bir şəkk-şübhəyə düş­məyən, Allah yolun­da mal­ları və can­la­rı ilə cihad edən­lər­dir! İmanlarında sadiq olan­lar da məhz on­lar­dır.

49:16

قُلۡ أَتُعَلِّمُونَ ٱللَّهَ بِدِينِكُمۡ وَٱللَّهُ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴿16﴾

De: “Siz dininizi Alla­ha­mı öy­rə­dirsiniz?” Halbuki Allah göy­lərdə olan­ları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir.

49:17

يَمُنُّونَ عَلَيۡكَ أَنۡ أَسۡلَمُواْۖ قُل لَّا تَمُنُّواْ عَلَيَّ إِسۡلَٰمَكُمۖ بَلِ ٱللَّهُ يَمُنُّ عَلَيۡكُمۡ أَنۡ هَدَىٰكُمۡ لِلۡإِيمَٰنِ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿17﴾

Onlar müsəlman olduq­larına gö­rə sənə minnət qoyur­lar. De: “Müsəl­man olmusu­nuz deyə mənə minnət qoyma­yın! Əgər doğ­ru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi ima­na gə­tir­mək­lə sizə mərhə­mət göstərmişdir!”

49:18

إِنَّ ٱللَّهَ يَعۡلَمُ غَيۡبَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا تَعۡمَلُونَ ﴿18﴾

Şübhəsiz ki, Allah göy­lərin də, yerin də qeybini bilir. Allah si­zin nə et­diklərinizi gö­rür.