quranm◉

Səhifə 518

Range
from 50:1 to 50:15
Surahs covered
Tərcümə
15 Tərcümə

◉

50:1

قٓۚ وَٱلۡقُرۡءَانِ ٱلۡمَجِيدِ ﴿1﴾

Qaf. Şərəfli Qurana and olsun!

50:2

بَلۡ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡ فَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا شَيۡءٌ عَجِيبٌ ﴿2﴾

Onlara öz aralarından xə­bərdarlıq edən bir peyğəmbər gəl­mə­si­nə təəccüb edən kafir­lər dedilər: “Bu çox qəribə bir şeydir.

50:3

أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗاۖ ذَٰلِكَ رَجۡعُۢ بَعِيدٞ ﴿3﴾

Məgər biz ölüb torpağa qarış­dıq­dan sonra yenidən di­ri­ləcəyik? Bu, əlçat­maz bir qa­yı­dışdır!”

50:4

قَدۡ عَلِمۡنَا مَا تَنقُصُ ٱلۡأَرۡضُ مِنۡهُمۡۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظُۢ ﴿4﴾

Həqiqətən, Biz yerin on­lardan nə­yi alıb əskiltdiyini bi­lirik. Biz­də hər şeyi qo­ruyan bir Kitab var­dır.

50:5

بَلۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَهُمۡ فِيٓ أَمۡرٖ مَّرِيجٍ ﴿5﴾

Lakin haqq onlara yetişdikdə onu yalan hesab et­di­lər. İndi on­lar çaşqın və­ziy­yətdədirlər.

50:6

أَفَلَمۡ يَنظُرُوٓاْ إِلَى ٱلسَّمَآءِ فَوۡقَهُمۡ كَيۡفَ بَنَيۡنَٰهَا وَزَيَّنَّـٰهَا وَمَا لَهَا مِن فُرُوجٖ ﴿6﴾

Məgər onlar başları üs­tün­dəki gö­yə baxıb onu necə ya­rat­dı­ğı­mızı və necə bəzədi­yi­mizi görmürlərmi? Orada heç bir yarıq da yox­dur.

50:7

وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ ﴿7﴾

Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və göz ox­şayan bit­ki­lərin hər nö­vündən yetişdirdik.

50:8

تَبۡصِرَةٗ وَذِكۡرَىٰ لِكُلِّ عَبۡدٖ مُّنِيبٖ ﴿8﴾

Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nə­sihət ol­sun deyə belə etdik.

50:9

وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّـٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ ﴿9﴾

Biz göydən bərəkətli su endirdik, onunla bağlar və bi­çilən ta­xıl dənələri bitirdik.

50:10

وَٱلنَّخۡلَ بَاسِقَٰتٖ لَّهَا طَلۡعٞ نَّضِيدٞ ﴿10﴾

Eləcə də meyvələri sal­xım-sal­xım asılmış hündür xur­ma ağac­ları bitirdik.

50:11

رِّزۡقٗا لِّلۡعِبَادِۖ وَأَحۡيَيۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ ٱلۡخُرُوجُ ﴿11﴾

Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məm­lə­kə­ti diriltdik. Dirilib qə­birdən çıxmaq da belədir.

50:12

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَأَصۡحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ ﴿12﴾

Onlardan əvvəl Nuh qöv­mü, Rəss əhli, Səmud tayfası elçiləri ya­lançı saydı.

50:13

وَعَادٞ وَفِرۡعَوۡنُ وَإِخۡوَٰنُ لُوطٖ ﴿13﴾

Ad qövmü, Firon xalqı, Lut tayfa­sı,

50:14

وَأَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ وَقَوۡمُ تُبَّعٖۚ كُلّٞ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ ﴿14﴾

Əykə əhli və Tubba qöv­mü – bun­ların hamısı elçiləri ya­lan­çı saydı və Mənim təh­di­dim gerçəkləşdi.

50:15

أَفَعَيِينَا بِٱلۡخَلۡقِ ٱلۡأَوَّلِۚ بَلۡ هُمۡ فِي لَبۡسٖ مِّنۡ خَلۡقٖ جَدِيدٖ ﴿15﴾

Məgər Biz ilk yaradılış­dan zəif­lə­dikmi? Xeyr! Onlar yeni ya­ra­dılış olan dirilmə ba­rə­sində şübhə içindədirlər.