quranm◉

Səhifə 522

Range
from 51:31 to 51:51
Surahs covered
Tərcümə
21 Tərcümə

◉

51:31

قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ ﴿31﴾

İbrahim dedi: “Sizin vəzifə­niz nədir, ey elçilər?”

51:32

قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ ﴿32﴾

Onlar dedilər: “Biz gü­nah­kar bir qövmə göndəril­mişik ki,

51:33

لِنُرۡسِلَ عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن طِينٖ ﴿33﴾

onların üstünə gildən daş­lar yağdıraq –

51:34

مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلۡمُسۡرِفِينَ ﴿34﴾

həddi aşanlar üçün sə­nin Rəb­bi­nin yanında nişan qoyul­muş daşlar!”

51:35

فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ ﴿35﴾

Biz orada olan mömin­ləri o kənd­dən çıxartdıq.

51:36

فَمَا وَجَدۡنَا فِيهَا غَيۡرَ بَيۡتٖ مِّنَ ٱلۡمُسۡلِمِينَ ﴿36﴾

Amma orada bir evdən başqa müsəlman tap­madıq.

51:37

وَتَرَكۡنَا فِيهَآ ءَايَةٗ لِّلَّذِينَ يَخَافُونَ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ ﴿37﴾

Ağrılı-acılı əzabdan qor­xan­lar üçün orada bir əlamət qoy­duq.

51:38

وَفِي مُوسَىٰٓ إِذۡ أَرۡسَلۡنَٰهُ إِلَىٰ فِرۡعَوۡنَ بِسُلۡطَٰنٖ مُّبِينٖ ﴿38﴾

Musanın əhvalatında da ibrət var­. O zaman Biz onu Fi­ro­nun yanına aydın bir də­lil­lə göndərmişdik.

51:39

فَتَوَلَّىٰ بِرُكۡنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوۡ مَجۡنُونٞ ﴿39﴾

Fi­ro­n öz camaatı ilə bir­lik­də üz çe­vi­rib: “Bu sehrbazdır, ya da də­lidir!”– de­di.

51:40

فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ وَهُوَ مُلِيمٞ ﴿40﴾

Biz Fironu və əsgərlərini yaxa­la­yıb dənizə atdıq. O, qı­nan­ma­ğa layiq idi.

51:41

وَفِي عَادٍ إِذۡ أَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلرِّيحَ ٱلۡعَقِيمَ ﴿41﴾

Ad qövmünün hekayə­tin­də də ib­rət var. O zaman Biz on­la­rın üstünə xeyir-bərə­kət­siz bir külək göndər­miş­dik.

51:42

مَا تَذَرُ مِن شَيۡءٍ أَتَتۡ عَلَيۡهِ إِلَّا جَعَلَتۡهُ كَٱلرَّمِيمِ ﴿42﴾

O külək üstündən keç­diyi hər bir şeyi sovurub külə dön­də­rir­di.

51:43

وَفِي ثَمُودَ إِذۡ قِيلَ لَهُمۡ تَمَتَّعُواْ حَتَّىٰ حِينٖ ﴿43﴾

Səmud qövmünün heka­yətində də ibrət var. O za­man on­la­ra: “Müəy­yən vax­ta­dək dolanıb-keçinin!”– deyil­miş­di.

51:44

فَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ فَأَخَذَتۡهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمۡ يَنظُرُونَ ﴿44﴾

Onlar öz Rəbbinin əm­rindən çıx­dılar və onları göz­ləri baxa-ba­xa ildı­rım vurdu.

51:45

فَمَا ٱسۡتَطَٰعُواْ مِن قِيَامٖ وَمَا كَانُواْ مُنتَصِرِينَ ﴿45﴾

Onlar ayağa qalxa bil­mə­dilər və onlara kömək edən də ol­ma­dı.

51:46

وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ﴿46﴾

Daha əvvəl Nuh qöv­mü­nü məhv etdik. Çünki onlar fa­siq adam­lar idilər.

51:47

وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدٖ وَإِنَّا لَمُوسِعُونَ ﴿47﴾

Biz göyü qüdrətlə yarat­dıq və Biz onu genişləndiririk.

51:48

وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ ﴿48﴾

Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!

51:49

وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ﴿49﴾

Biz hər şeydən erkək və dişi ol­maq­la cütlər yaratdıq ki, bəlkə, dü­şünüb ib­rət alasınız.

51:50

فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ ﴿50﴾

De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!

51:51

وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ ﴿51﴾

Allahla yanaşı başqa bir məbud qə­bul etməyin. Mən si­zi Onun­la açıq-aş­kar xəbərdar edənəm!”