quranm◉

Səhifə 521

Range
from 51:7 to 51:30
Surahs covered
Tərcümə
24 Tərcümə

◉

51:7

وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ ﴿7﴾

And olsun gözəl gö­rü­nü­şü olan səmaya!

51:8

إِنَّكُمۡ لَفِي قَوۡلٖ مُّخۡتَلِفٖ ﴿8﴾

Sizin sözləriniz ziddiy­yət­li­dir.

51:9

يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ ﴿9﴾

Ondan (Qurandan və Pey­ğəm­bər­dən) dönən kimsə dön­də­ri­lər.

51:10

قُتِلَ ٱلۡخَرَّـٰصُونَ ﴿10﴾

Məhv olsun yalançılar!

51:11

ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٖ سَاهُونَ ﴿11﴾

O kəslər ki, cəhalət için­də olan qafillərdir.

51:12

يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ ﴿12﴾

Onlar Haqq-hesab günü­nün nə vaxt olacağını soru­şur­lar.

51:13

يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ ﴿13﴾

O gün onlara odda əzab veri­lə­cək.

51:14

ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ ﴿14﴾

Onlara deyiləcək: “Da­dın əzabı­nı­zı! Sizin tez-tələsik gəl­mə­si­ni istə­diyi­niz şey bu­dur!”

51:15

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَعُيُونٍ ﴿15﴾

Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və bulaqlar ba­şın­da olacaq­lar,

51:16

ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ ﴿16﴾

öz Rəbbinin onlara ver­di­yini ala­caqlar. Həqiqətən, on­lar bun­dan əvvəl yaxşı iş gö­rən adamlar olmuşdular.

51:17

كَانُواْ قَلِيلٗا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ ﴿17﴾

Onlar gecələr ibadət edib az ya­tır­dı­lar.

51:18

وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ ﴿18﴾

Sübh çağı isə bağış­lan­ma diləyir­dilər.

51:19

وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ ﴿19﴾

Onların mal-dövlətində di­lənçi­nin və yoxsulun payı var­.

51:20

وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٞ لِّلۡمُوقِنِينَ ﴿20﴾

Qəti inananlar üçün yer üzündə dəlillər var.

51:21

وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ ﴿21﴾

Sizin özünüzdə də dəlil­lər var. Məgər görmür­sü­nüz?

51:22

وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ ﴿22﴾

Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.

51:23

فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ ﴿23﴾

Göyün və yerin Rəbbinə and ol­sun ki, bu vəd sizin da­nış­ma­ğa qüd­rə­ti­niz olduğu ki­mi hə­qiqətdir.

51:24

هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ ﴿24﴾

İbrahimin möhtərəm qo­naq­la­rı­nın əhvalatı sənə gəlib çatdı­mı?

51:25

إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ ﴿25﴾

Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– de­di­lər. İb­rahim: “Sizə də salam ol­sun! Siz yad adamlara oxşa­yırsı­nız!”– de­di.

51:26

فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٖ سَمِينٖ ﴿26﴾

O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qı­zar­dıb gətirdi.

51:27

فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ ﴿27﴾

Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– de­di.

51:28

فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ ﴿28﴾

O, qonaqların yemədik­lə­ri­ni görüb onlardan qorxuya düş­dü. On­lar: “Qorx­ma!”– de­dilər və ona elmli bir oğlan uşağı ilə müj­də ver­dilər.

51:29

فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٖ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٞ ﴿29﴾

Zövcəsi qışqırıb üz-gö­zü­nə vura-vura dedi: “Axı mən son­suz qoca qarı­yam!”

51:30

قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ ﴿30﴾

Onlar dedilər: “Sənin Rəb­bin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Bi­ləndir!”