quranm◉

Səhifə 532

Range
from 55:17 to 55:40
Surahs covered
Tərcümə
24 Tərcümə

◉

55:17

رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ ﴿17﴾

Allah iki məşriqin və iki məğribin Rəbbidir.

55:18

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿18﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:19

مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ ﴿19﴾

O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.

55:20

بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ ﴿20﴾

Onların arasında maneə var, onu keçə bilməzlər.

55:21

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿21﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:22

يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ ﴿22﴾

Onlardan mirvari və mər­can çıxır.

55:23

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿23﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:24

وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ ﴿24﴾

Dənizdə dağlar kimi, yel­kənləri qaldırılmış halda üzən gə­mi­lər də Onun­dur.

55:25

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿25﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:26

كُلُّ مَنۡ عَلَيۡهَا فَانٖ ﴿26﴾

Yer üzündə olan hər kəs ölümə məhkumdur.

55:27

وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ ﴿27﴾

Ancaq Rəbbinin əzə­mət­li və kə­ramətli Üzü əbə­didir.

55:28

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿28﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:29

يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ ﴿29﴾

Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi On­dan dilə­yir. O hər gün işdədir.

55:30

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿30﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:31

سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ ﴿31﴾

Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məş­ğul olacağıq.

55:32

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿32﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:33

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ ﴿33﴾

Ey cin və insan tayfası! Əgər göy­lərin və yerin hüdud­larını ya­rıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüv­vətlə keçə bi­lərsiniz.

55:34

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿34﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:35

يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ ﴿35﴾

Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis və ya tüstü gön­də­ri­ləcək və siz bir-biri­ni­zə kömək edə bilməyə­cək­siniz.

55:36

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿36﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:37

فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةٗ كَٱلدِّهَانِ ﴿37﴾

Göy yarılıb dağ edilmiş yağ, ya­xud ərinmiş qurğuşun ki­mi qıp­qırmızı olacaqdır.

55:38

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿38﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?

55:39

فَيَوۡمَئِذٖ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٞ وَلَا جَآنّٞ ﴿39﴾

O gün nə insan, nə də cin günahı barəsində sorğu-su­al olun­maya­caq.

55:40

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿40﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?