quranm◉

Səhifə 531

Range
from 54:50 to 55:16
Surahs covered
Tərcümə
22 Tərcümə

◉

54:50

وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ ﴿50﴾

Biz bircə dəfə əmr edi­rik, o da bir göz qırpımında ye­rinə ye­tir.

54:51

وَلَقَدۡ أَهۡلَكۡنَآ أَشۡيَاعَكُمۡ فَهَلۡ مِن مُّدَّكِرٖ ﴿51﴾

Biz neçə-neçə həmtay­ları­nızı məhv etmişik. Amma heç yada sa­lan varmı?

54:52

وَكُلُّ شَيۡءٖ فَعَلُوهُ فِي ٱلزُّبُرِ ﴿52﴾

Onların etdiyi hər şey əməllərinin yazıldığı kitabla­rın­dadır.

54:53

وَكُلُّ صَغِيرٖ وَكَبِيرٖ مُّسۡتَطَرٌ ﴿53﴾

Hər bir kiçik və böyük əməl ya­zılmışdır.

54:54

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَنَهَرٖ ﴿54﴾

Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və çaylar kə­na­rın­da,

54:55

فِي مَقۡعَدِ صِدۡقٍ عِندَ مَلِيكٖ مُّقۡتَدِرِۭ ﴿55﴾

qadir Hökmdarın hü­zu­run­dakı haqq məclisində ola­caqlar!

55:1

ٱلرَّحۡمَٰنُ ﴿1﴾

Mərhəmətli Allah

55:2

عَلَّمَ ٱلۡقُرۡءَانَ ﴿2﴾

Quranı öyrətdi.

55:3

خَلَقَ ٱلۡإِنسَٰنَ ﴿3﴾

İnsanı yaratdı,

55:4

عَلَّمَهُ ٱلۡبَيَانَ ﴿4﴾

ona danışmağı öyrətdi.

55:5

ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٖ ﴿5﴾

Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.

55:6

وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ ﴿6﴾

Otlar (və ya ulduzlar) da, ağaclar da Allaha səcdə edir.

55:7

وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ ﴿7﴾

Allah göyü ucaltdı və tə­rə­zini qoy­du ki,

55:8

أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ ﴿8﴾

çəkidə həddi aşmayasınız.

55:9

وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ ﴿9﴾

Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.

55:10

وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ ﴿10﴾

O, yeri məxluqat üçün döşədi.

55:11

فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ ﴿11﴾

Orada meyvələr və sal­xımlı xur­ma ağacları var.

55:12

وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ ﴿12﴾

Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də var.

55:13

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿13﴾

Elə isə Rəbbinizin hansı nemət­lə­rini yalan sayırsınız?

55:14

خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ ﴿14﴾

O, insanı saxsı kimi qu­ru gildən yaratdı.

55:15

وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ ﴿15﴾

Cinləri də təmiz oddan yaratdı.

55:16

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ﴿16﴾

Elə isə Rəbbinizin hansı nemətlə­rini yalan sayırsınız?