quranm◉

Səhifə 539

Range
from 57:12 to 57:18
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

57:12

يَوۡمَ تَرَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ يَسۡعَىٰ نُورُهُم بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۖ بُشۡرَىٰكُمُ ٱلۡيَوۡمَ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿12﴾

O gün sən mömin kişi­lərin və mömin qadınların nu­runun on­ların ön­lərindən və sağ tərəflərindən yayıl­dı­ğı­nı görəcəksən. On­lara: “Bu gün si­zin müjdəniz ağacları altın­dan çaylar axan cən­nətlərdir. Siz orada əbədi qala­caq­sı­nız!”– deyiləcək. Bu, böyük uğur­dur.

57:13

يَوۡمَ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلۡمُنَٰفِقَٰتُ لِلَّذِينَ ءَامَنُواْ ٱنظُرُونَا نَقۡتَبِسۡ مِن نُّورِكُمۡ قِيلَ ٱرۡجِعُواْ وَرَآءَكُمۡ فَٱلۡتَمِسُواْ نُورٗاۖ فَضُرِبَ بَيۡنَهُم بِسُورٖ لَّهُۥ بَابُۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحۡمَةُ وَظَٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلۡعَذَابُ ﴿13﴾

O gün münafiq kişilər və müna­fiq qadınlar iman gə­tirən­lə­rə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq”– deyə­cəklər. On­lara deyi­ləcək­: “Geriyə qayıdıb işıq axta­rın!” Onların arasına içə­ri tərə­fində mərhəmət, çöl tərəfində əzab olan, qapılı bir sədd çə­ki­lə­cək.

57:14

يُنَادُونَهُمۡ أَلَمۡ نَكُن مَّعَكُمۡۖ قَالُواْ بَلَىٰ وَلَٰكِنَّكُمۡ فَتَنتُمۡ أَنفُسَكُمۡ وَتَرَبَّصۡتُمۡ وَٱرۡتَبۡتُمۡ وَغَرَّتۡكُمُ ٱلۡأَمَانِيُّ حَتَّىٰ جَآءَ أَمۡرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ﴿14﴾

Münafiqlər onları haray­layıb de­yə­cəklər: “Məgər biz sizinlə bir­likdə de­yil­dikmi?” Möminlər deyəcəklər: “Bəli, la­kin siz öz-özü­nü­zü aldadır­dı­nız, mö­minlərə bəla üz vermə­sini gözləyirdiniz, haqqa şüb­hə edir­diniz və Allahın əmri gələ­nə­dək xülyalar sizi yoldan çı­xart­dı. Tovlayan şeytan Allah barə­sində sizi yaman aldatdı.

57:15

فَٱلۡيَوۡمَ لَا يُؤۡخَذُ مِنكُمۡ فِدۡيَةٞ وَلَا مِنَ ٱلَّذِينَ كَفَرُواْۚ مَأۡوَىٰكُمُ ٱلنَّارُۖ هِيَ مَوۡلَىٰكُمۡۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿15﴾

Bu gün nə sizdən, nə də kafir­lər­dən heç bir fidyə qəbul olun­maz. Gedəcəyiniz yer də Oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir!”

57:16

أَلَمۡ يَأۡنِ لِلَّذِينَ ءَامَنُوٓاْ أَن تَخۡشَعَ قُلُوبُهُمۡ لِذِكۡرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلۡحَقِّ وَلَا يَكُونُواْ كَٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلُ فَطَالَ عَلَيۡهِمُ ٱلۡأَمَدُ فَقَسَتۡ قُلُوبُهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ ﴿16﴾

Möminlərin qəlbinin Alla­hın zikri və haqdan nazil olan ayə­lər üçün yum­şalması, daha öncə özlərinə Kitab ve­ril­miş, uzun bir müd­dət keç­dikdən sonra isə qəlbləri sərtləşmiş, ço­xusu da fasiq ol­muş kimsələr kimi olmaması vaxtı gə­lib çat­ma­dımı?

57:17

ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿17﴾

Bilin ki, Allah torpağı onun ölü­mündən sonra diril­dir. Biz ayə­ləri sizə izah etdik ki, bəlkə anlayasınız.

57:18

إِنَّ ٱلۡمُصَّدِّقِينَ وَٱلۡمُصَّدِّقَٰتِ وَأَقۡرَضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعَفُ لَهُمۡ وَلَهُمۡ أَجۡرٞ كَرِيمٞ ﴿18﴾

Şübhəsiz ki, sədəqə ve­rən kişi və sədəqə verən qa­dın­lar və Alla­ha gözəl borc verən­lər üçün əvəzi qat-qat ar­tırı­la­caq. Onlar üçün çox dəyərli bir mükafat da var.