quranm◉

Surə Al-Hadid 57:12

يَوۡمَ تَرَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ يَسۡعَىٰ نُورُهُم بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۖ بُشۡرَىٰكُمُ ٱلۡيَوۡمَ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿١٢﴾

◉

Tərcümə

O gün sən mömin kişi­lərin və mömin qadınların nu­runun on­ların ön­lərindən və sağ tərəflərindən yayıl­dı­ğı­nı görəcəksən. On­lara: “Bu gün si­zin müjdəniz ağacları altın­dan çaylar axan cən­nətlərdir. Siz orada əbədi qala­caq­sı­nız!”– deyiləcək. Bu, böyük uğur­dur.
— Alikhan Musayev
O gün (qiyamət günü, ya Peyğəmbər!) mö’min kişilərin və qadınların (səmimi e’tiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən və sağ tərəflərindən axıb şö’lə saçdığını (qıl körpüsü üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər: ) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)!
— Azerbaijani

◉ Surə · ∞