quranm◉

Səhifə 543

Range
from 58:7 to 58:11
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

58:7

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ مَا يَكُونُ مِن نَّجۡوَىٰ ثَلَٰثَةٍ إِلَّا هُوَ رَابِعُهُمۡ وَلَا خَمۡسَةٍ إِلَّا هُوَ سَادِسُهُمۡ وَلَآ أَدۡنَىٰ مِن ذَٰلِكَ وَلَآ أَكۡثَرَ إِلَّا هُوَ مَعَهُمۡ أَيۡنَ مَا كَانُواْۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُواْ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ﴿7﴾

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildi­yi­ni gör­mür­sən? Üç nəfə­rin ara­sında gedən elə bir xəlvəti söh­bət yox­dur ki, onların dör­dün­cüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bun­dan az, is­tər­sə də çox olsunlar – ha­rada olur­sa olsun­lar, Allah on­larladır. Sonra Qiya­mət günü on­lara nə etdiklərini xə­bər ve­rə­cək­. Allah hər şeyi bilir.

58:8

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ نُهُواْ عَنِ ٱلنَّجۡوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُواْ عَنۡهُ وَيَتَنَٰجَوۡنَ بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَمَعۡصِيَتِ ٱلرَّسُولِۖ وَإِذَا جَآءُوكَ حَيَّوۡكَ بِمَا لَمۡ يُحَيِّكَ بِهِ ٱللَّهُ وَيَقُولُونَ فِيٓ أَنفُسِهِمۡ لَوۡلَا يُعَذِّبُنَا ٱللَّهُ بِمَا نَقُولُۚ حَسۡبُهُمۡ جَهَنَّمُ يَصۡلَوۡنَهَاۖ فَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿8﴾

Gizli söhbət qadağan edi­ləndən sonra yenə də qadağan olun­muş əmələ qayıdıb günah, düşmənçilik və Pey­ğəm­­bərə qarşı çıx­maq barədə öz arala­rında xısın-xısın danışanları gör­mədin­mi? On­­lar sənin ya­nına gəldikdə səni Alla­hın sa­lam­la­dığı kimi sa­lam­la­mır və öz-öz­lə­rinə: “Bəs niyə Allah bizi de­dik­lə­ri­mizə görə cəza­lan­­dır­mır?”– de­yir­lər. Cə­hən­nəm on­lara yetər. Onlar orada ya­na­caq­lar. Ora necə də pis dönüş ye­ridir!

58:9

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا تَنَٰجَيۡتُمۡ فَلَا تَتَنَٰجَوۡاْ بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَمَعۡصِيَتِ ٱلرَّسُولِ وَتَنَٰجَوۡاْ بِٱلۡبِرِّ وَٱلتَّقۡوَىٰۖ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ إِلَيۡهِ تُحۡشَرُونَ ﴿9﴾

Ey iman gətirənlər! Gizli danışdı­ğınız zaman günah, düş­mən­­çilik və Pey­ğəmbərə qarşı çıxmaq barədə danışma­yın. Yax­şı iş­lər və Allah­dan qorx­maq barədə danışın, hüzuruna top­lanaca­ğı­nız Allahdan qor­xun!

58:10

إِنَّمَا ٱلنَّجۡوَىٰ مِنَ ٱلشَّيۡطَٰنِ لِيَحۡزُنَ ٱلَّذِينَ ءَامَنُواْ وَلَيۡسَ بِضَآرِّهِمۡ شَيۡـًٔا إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ﴿10﴾

Gizli söhbətlər iman gə­tirənləri kədərləndirməyə çalı­şan şey­tan­dandır. Amma Alla­hın izni olmadıqca o, onlara heç bir zə­rər yetirə bilməz. Qoy mömin­lər Allaha təvəkkül et­sinlər.

58:11

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قِيلَ لَكُمۡ تَفَسَّحُواْ فِي ٱلۡمَجَٰلِسِ فَٱفۡسَحُواْ يَفۡسَحِ ٱللَّهُ لَكُمۡۖ وَإِذَا قِيلَ ٱنشُزُواْ فَٱنشُزُواْ يَرۡفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ دَرَجَٰتٖۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ﴿11﴾

Ey iman gətirənlər! Sizə: “Məc­lis­lərdə yer verin!”– de­yil­dik­də yer verin ki, Allah da sizə geniş yer versin. Ha­belə si­zə: “Qal­xın!”– deyildikdə qal­xın ki, Allah da sizdən iman gətirən­lərin və öz­lərinə elm ve­rilmiş kimsə­lə­rin dərə­cələrini ucaltsın. Allah nə et­dik­ləriniz­dən xəbərdardır.