quranm◉

Səhifə 552

Range
from 61:6 to 61:14
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

61:6

وَإِذۡ قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ يَٰبَنِيٓ إِسۡرَـٰٓءِيلَ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُم مُّصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيَّ مِنَ ٱلتَّوۡرَىٰةِ وَمُبَشِّرَۢا بِرَسُولٖ يَأۡتِي مِنۢ بَعۡدِي ٱسۡمُهُۥٓ أَحۡمَدُۖ فَلَمَّا جَآءَهُم بِٱلۡبَيِّنَٰتِ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ ﴿6﴾

Bir zaman Məryəm oğlu İsa de­miş­­di: “Ey İsrail oğul­la­rı! Hə­qi­­qətən, mən Allahın si­zə göndərdiyi, məndən əvvəl nazil edilmiş Töv­ratı təsdiqlə­yən və mən­­dən sonra gələcək Əhməd adlı pey­ğəm­bərlə sizi müj­dələyən bir elçisi­yəm!” Alla­hın elçisi onlara açıq-ay­dın də­lillər gətir­dik­də onlar: “Bu, aş­kar bir sehr­dir!”– dedi­lər.

61:7

وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُوَ يُدۡعَىٰٓ إِلَى ٱلۡإِسۡلَٰمِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ ﴿7﴾

İslama dəvət edildiyi hal­da, Allaha qarşı yalan uydu­ran­dan da­ha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yö­nəlt­məz.

61:8

يُرِيدُونَ لِيُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ﴿8﴾

Onlar ağızla­rıyla Allahın nurunu sön­dür­mək is­təyirlər. Hal­bu­ki kafir­lə­rin xoşuna gəlməsə də, Allah Öz nurunu ta­mam­laya­caq.

61:9

هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُشۡرِكُونَ ﴿9﴾

Müşriklərin xoşuna gəl­məsə də, İslam dinini bütün dinlərdən üs­tün et­mək məqsə­dilə Öz Rəsulunu hidayət və haqq dinlə gön­də­rən Odur.

61:10

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ تِجَٰرَةٖ تُنجِيكُم مِّنۡ عَذَابٍ أَلِيمٖ ﴿10﴾

Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edə­cək bir ti­carəti sizə bil­dirim­mi?

61:11

تُؤۡمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ﴿11﴾

Allaha və Onun Rəsuluna iman gətirin, Allah yolunda ma­lı­nız və canı­nızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qə­dər xe­yir­li­dir.

61:12

يَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡ وَيُدۡخِلۡكُمۡ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ وَمَسَٰكِنَ طَيِّبَةٗ فِي جَنَّـٰتِ عَدۡنٖۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ﴿12﴾

Bu təqdirdə O sizin gü­nahlarınızı bağışlayar və sizi ağacları al­tından çay­lar axan cən­nətlərə və Ədn cən­nətlərindəki gözəl məs­kənlərə da­xil edər. Bu, böyük müvəffə­qiyyətdir.

61:13

وَأُخۡرَىٰ تُحِبُّونَهَاۖ نَصۡرٞ مِّنَ ٱللَّهِ وَفَتۡحٞ قَرِيبٞۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ ﴿13﴾

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kö­mək və ya­xın qə­ləbə. Möminləri bu­nunla müjdələ.

61:14

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُوٓاْ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ لِلۡحَوَارِيِّـۧنَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِۖ فَـَٔامَنَت طَّآئِفَةٞ مِّنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٞۖ فَأَيَّدۡنَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَىٰ عَدُوِّهِمۡ فَأَصۡبَحُواْ ظَٰهِرِينَ ﴿14﴾

Ey iman gətirənlər! Alla­hın kö­mək­çiləri olun. Necə ki, Mər­yəm oğlu İsa hə­varilərə: “Allah yolunda kimlər mənə kö­məkçi ola­caq?”– demiş, hə­va­rilər də: “Bizik Allahın kö­məkçi­ləri!”– de­miş­di­lər. İsrail oğul­larından bir zümrə iman gə­tirdi, digər bir züm­rə isə ka­fir oldu. Biz də iman gəti­rən­ləri düş­mən­lərinə qarşı qüv­vət­lən­dir­dik və onlar üstün gəl­di­lər.