quranm◉

Səhifə 551

Range
from 60:12 to 61:5
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

60:12

يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا جَآءَكَ ٱلۡمُؤۡمِنَٰتُ يُبَايِعۡنَكَ عَلَىٰٓ أَن لَّا يُشۡرِكۡنَ بِٱللَّهِ شَيۡـٔٗا وَلَا يَسۡرِقۡنَ وَلَا يَزۡنِينَ وَلَا يَقۡتُلۡنَ أَوۡلَٰدَهُنَّ وَلَا يَأۡتِينَ بِبُهۡتَٰنٖ يَفۡتَرِينَهُۥ بَيۡنَ أَيۡدِيهِنَّ وَأَرۡجُلِهِنَّ وَلَا يَعۡصِينَكَ فِي مَعۡرُوفٖ فَبَايِعۡهُنَّ وَٱسۡتَغۡفِرۡ لَهُنَّ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿12﴾

Ey Peyğəmbər! Mömin qadın­lar Allaha heç bir şərik qoş­ma­ya­­caq­larına, oğurluq və zina etməyə­cək­lərinə, uşaq­la­rını öl­dür­mə­yə­­cəklərinə, əlləri ilə ayaq­ları arasından olanı ya­lanla ört-basdır et­məyə­cəklə­ri­nə (ər­lə­rindən olmayan uşaq­larını onlara isnad et­mə­yəcək­ləri­nə) və heç bir yaxşı işdə sə­nə qarşı çıx­mayacaq­la­rına dair sənə beyət etmək üçün ya­nına gəl­dikləri zaman onların beyə­ti­ni qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqi­qə­tən, Allah Bağış­­la­yandır, Rəhm­lidir.

60:13

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَوَلَّوۡاْ قَوۡمًا غَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ قَدۡ يَئِسُواْ مِنَ ٱلۡأٓخِرَةِ كَمَا يَئِسَ ٱلۡكُفَّارُ مِنۡ أَصۡحَٰبِ ٱلۡقُبُورِ ﴿13﴾

Ey iman gətirənlər! Alla­hın qəzə­binə gəlmiş adamlarla dost­luq etməyin. Kafirlər qə­bir­dəkilərin bir daha dirilə­cə­yinə inan­ma­dıqları kimi Axirət gü­nünə də ümid etmirlər.

61:1

سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ﴿1﴾

Göylərdə və yerdə olan­la­rın ha­mısı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüdrətlidir, Hikmət sahibidir.

61:2

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِمَ تَقُولُونَ مَا لَا تَفۡعَلُونَ ﴿2﴾

Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri da­nı­şır­sınız?

61:3

كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ أَن تَقُولُواْ مَا لَا تَفۡعَلُونَ ﴿3﴾

Etməyəcəyiniz şeylərdən danış­ma­ğınız Allah yanında bö­yük nifrə­tlə qarşılanır.

61:4

إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلَّذِينَ يُقَٰتِلُونَ فِي سَبِيلِهِۦ صَفّٗا كَأَنَّهُم بُنۡيَٰنٞ مَّرۡصُوصٞ ﴿4﴾

Şübhəsiz ki, Allah möh­kəm bir divar kimi səf-səf dü­zülüb Onun yo­lunda vuruşan­ları sevir.

61:5

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ لِمَ تُؤۡذُونَنِي وَقَد تَّعۡلَمُونَ أَنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡۖ فَلَمَّا زَاغُوٓاْ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمۡۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ﴿5﴾

Bir zaman Musa öz qöv­münə de­mişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verir­si­niz? Axı siz bilirsiniz ki, mən Allahın si­zə göndərdiyi elçisi­yəm!” Onlar doğru yol­dan sap­dıqda, Allah da on­ların qəlb­ini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.