quranm◉

Səhifə 57

Range
from 3:53 to 3:61
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

3:53

رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلۡتَ وَٱتَّبَعۡنَا ٱلرَّسُولَ فَٱكۡتُبۡنَا مَعَ ٱلشَّـٰهِدِينَ ﴿53﴾

Ey Rəbbimiz! Biz sənin na­zil et­diyinə iman gətirdik və gön­­dər­diyin el­çinin ardınca get­dik. Bizi də, şahidlərlə bir yer­də yaz!”

3:54

وَمَكَرُواْ وَمَكَرَ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ ﴿54﴾

Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah qarşılıqlı olaraq hiylə işlədənlərin ən xeyirlisidir.

3:55

إِذۡ قَالَ ٱللَّهُ يَٰعِيسَىٰٓ إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُواْ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوۡقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِۖ ثُمَّ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأَحۡكُمُ بَيۡنَكُمۡ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ﴿55﴾

O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin hə­yatına son qoyub Özümə tərəf qaldıraca­q, səni kafirlərdən təmiz­lə­yəcək və sə­nin ar­dınca gedən­ləri Qiya­mət gü­nü­nə qədər kafir­lərdən üstün edə­cə­yəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düş­dü­yü­nüz şeylər barəsində sizin ara­nızda hökm ve­rə­cə­yəm.

3:56

فَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمۡ عَذَابٗا شَدِيدٗا فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿56﴾

Kafirlərə gəlincə, onlara həm bu dün­ya­da, həm də axi­rətdə şiddətli əzab verə­cə­yəm. Onların kömək­çi­lə­ri də, ol­maya­caqdır.”

3:57

وَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَيُوَفِّيهِمۡ أُجُورَهُمۡۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ ﴿57﴾

O ki qaldı iman gətirib saleh əməllər edənlərə, Allah onların mükafat­la­rı­nı tam verə­cək­dir. Allah zalım­la­rı sevməz.

3:58

ذَٰلِكَ نَتۡلُوهُ عَلَيۡكَ مِنَ ٱلۡأٓيَٰتِ وَٱلذِّكۡرِ ٱلۡحَكِيمِ ﴿58﴾

Bunlar sənə oxuduğu­muz ayələr­dən və hikmətli Zikr­dən­dir.

3:59

إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَۖ خَلَقَهُۥ مِن تُرَابٖ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ ﴿59﴾

Həqiqətən, Allah yanın­da İsanın misalı Adəmin misalına bənzəyir. Allah Adəmi tor­paq­dan ya­rat­dı, sonra ona “Ol!”– dedi, o da oldu.

3:60

ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ ٱلۡمُمۡتَرِينَ ﴿60﴾

Haqq sənin Rəbbin­dən­dir. Elə isə şübhə edən­lər­dən olma!

3:61

فَمَنۡ حَآجَّكَ فِيهِ مِنۢ بَعۡدِ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ فَقُلۡ تَعَالَوۡاْ نَدۡعُ أَبۡنَآءَنَا وَأَبۡنَآءَكُمۡ وَنِسَآءَنَا وَنِسَآءَكُمۡ وَأَنفُسَنَا وَأَنفُسَكُمۡ ثُمَّ نَبۡتَهِلۡ فَنَجۡعَل لَّعۡنَتَ ٱللَّهِ عَلَى ٱلۡكَٰذِبِينَ ﴿61﴾

Sənə elm gəl­dikdən son­­ra kim səninlə İsanın barə­sində mü­bahisə edər­sə, de: “Gəlin oğulla­rımızı və oğulla­rını­zı, qa­dınları­mı­zı və qadın­larınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib ya­lançılara Allahın lənət et­məsini diləyək.”